Yaxın illərdə insan sağlamlığı üçün gözlənilən 5 təhlükə
28.09.2021 15:15
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında yaxın illərdə insanların sağlamlığı üçün gözlənilən təhlükələr sırasında 5-i xüsusi diqqət çəkir.
 
Aztibb.az xəbər verir ki, açıqlamada bildirildiyi kimi bəşəriyyət bu təhlükələrin yayılması üçün ideal mühit yaradıb.
 
Qeyri-infeksion xəstəliklər
 
Diabet, xərçəng və ürək-damar xəstəlikləri planetin əhalisi üçün ciddi təhlükədir. Artıq bu gün bütün ölümlərin 70 faizi məhz bu xəstəliklər səbəbindəndir. Bu xəstəliklərin inkişafına siqaret çəkmək, fiziki fəallığın olmaması, spirtli içki qəbulu və zərərli yeməklər kömək edir.
 
Peyvəndləşdirmədən imtina
 
Peyvəndləşdirmə bu gün yoluxucu xəstəliklərdən müdafiənin ən effektli üsullarından biri hesab edilir. Peyvəndləşdirmə eləcə də xəstəliklərin profilaktikasının ən effektli iqtisadi vasitəsi sayılır, üstəlik ildə 2-3 milyon ölümün qarşısını alır. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, əgər qlobal peyvəndləşmə vərdişi yaxşılaşarsa, daha 1,5 milyon ölümdən yayınmaq olardı. Peyvəndləşdirmə ərəfəsi qorxu və ondan imtina bəşəriyyətə ciddi təhlükə yaradır.
 
Antibiotiklərə qarşı davamlılıq
 
Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin sözlərinə görə, təhlükəli bakteriyaların antibiotiklərə müqaviməti bizi sətəlcəm, vərəm və salmonellanın müalicəsi üçün hələ dərman olmayan dövrə qaytara bilər. Hazırda dərmanların gücsüz ola biləcəyi ştamlara yoluxma riski var. Zaman keçdikcə bu risk artmağa başlayacaq. Patogen mikroorqanizmlərin antibiotiklərə müqaviməti bu dərmanların düzgün qəbul edilməməsinə görə artacaq.
 
Havanın çirklənməsi
 
On nəfərdən doqquzu hər gün çirkli hava ilə nəfəs alır. Mütəxəssislərin proqnozuna görə, 2030-cu ildən bütün dünyada ekoloji uğursuzluqdan ortaya çıxan və iqlim dəyişikliyindən ölüm artımı başlayacaq. İldə ölüm sayı 250 min artacaq.
 
İlkin tibbi yardım sisteminin zəifliyi
 
Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin fikrincə, ilkin tibbi-sanitar yardım da bəşəriyyət üçün ciddi təhlükə yarada bilər. Axı məhz ilkin tibbi yardım həlqəsi bir çox xəstəliklərin diaqnostikası və profilaktikasına vaxtında cavab verir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib