“Kralların ədviyyatı” infeksion xəstəliklərə qarşı
28.09.2021 14:08

Orta əsrlərdə Avropada hil dərman hesab olunub və apteklərdə satılırdı. Dünyada geniş yayılan hili çox vaxt “kralların ədviyyatı” adlandırırlar.

 

Aztibb.az xəbər verir ki, hil xüsusilə həzm sistemi üçün xeyirlidir. Məhz buna görə bəzi Şərq ölkələrində hil toxumları yeməkdən sonra çeynənilir, yaxud çaya əlavə olunaraq içilir.

 

Hil ağızdan gələn pis qoxunu yox edir, ürəkbulanmanı aradan qaldırır, iştahanı artırır, mübadilə prosesini yaxşılaşdırır, köpə qarşı faydalıdır. Artıq çəkidən azad olmaq üçün də hil çox faydalı vasitələrdən biridir.

 

Təbii antiseptikdir, soyuqdəymə zamanı onu çay və suya atıb xəstəyə vermək müsbət təsir göstərir. Boğaz ağrıları zamanı hil dəmləmələri ilə qarqara çox yaxşı təsirə malikdir. Həmçinin, diş ağrılarını azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır.

 

Hilin aromatik yağlarını suya əlavə edib vanna qəbul olunması həm stress və gərginliyi aradan qaldırır, həm də əsəbləri sakitləşdirir.

 

Axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil qarışdırıb dəmləmək və yatmazdan 1 saat əvvəl içmək yuxunu rahatlaşdırır. İnfeksion xəstəliklər zamanı da hil çayı içmək orqanizmə müsbət təsir göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib