Zərəri faydasından çox meyvələr – ARAŞDIRMA
27.09.2021 15:31

Amerikalı alimlər hansı meyvə və tərəvəzin orqanizm üçün  təhlükəli olduğunu müəyyən etmək məqsədilə tədqiqat aparıblar.

 

Aztibb.az xəbər verir ki, siyahıya çoxlarının sevdiyi çiyələk başçılıq edir. Məhz bu giləmeyvədə insan orqanizmi üçün ziyanlı olan pestisid və digər kimyəvi maddələrin miqdarı digərlərindən daha çoxdur.

 

İkinci yerdə adətən faydalı sayılan alma və ispanaq gəlir. Çiyələkdə olduğu kimi, adıçəkilən bu məhsulların da tərkibində çox miqdarda kimyəvi əlavələr var.

 

Üçüncü yerdə şaftalı, armud və üzüm dayanır. Tədqiqatların nəticələrinə görə, bu meyvələrdə zərərli maddələrin miqdarı vitamin və digər faydalı maddələrin miqdarından daha çoxdur.

 

Qeyd olunanlar yalnız mövsümündə qəbul edilməyən meyvələrə aiddir. Bu da onunla izah edilir ki, həmin meyvələrin yetişdirilməsi üçün ziyanlı kimyəvi maddələrdən istifadə olunur.   

 

Tərəvəzlər arasında ən təhlükəsizləri pomidor, kartof və şirin istiotdur. Eləcə də, ilin istənilən dövründə kivi, qreypfrut və soğan da sağlamlıq üçün faydalıdır. Tədqiqatlar göstərir ki, bu məhsullarda demək olar ki, zərərli maddələr yoxdur və onlar orqanizm üçün maksimum faydalıdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib