Həkim reportajı: Uşaqlarda cinsi inkişafın gecikməsi və erkən cinsi inkişaf
23.09.2021 15:37

Əgər uşağınızda cinsi inkişaf problemi olduğunu düşünürsünüzsə, məsələn, 14 yaşına qədər qızlarda süd vəzisinin böyüməməsi, adət düzənsizliyi və ya adət görməmə problemi varsa, bunlar cinsi inkişafın gecikməsi sindromlarından sayılır.

 

Bu Turner sindromuna, yaxud cinsi inkişafın gecikməsinə səbəb olan hipofizin hormonlarının sintezində problemlə də bağlı ola bilər. Mütləq endokrinoloqa müraciət etmək lazımdır.

 

Bundan başqa, cinsi inkişafın vaxtından əvvəl başlaması, oğlanlarda 9 yaşdan, qızlarda 8 yaşdan öncə ikincili cinsi əlamətlərin ortaya çıxması problemləri var. Və bu da hormonal cəhətdən uşağın müayinəsinə zərurət yaradan vəziyyətlərdən biridir. Burada erkən cinsi inkişaf əlamətləri başlayıbsa, erkən cinsi inkişaf həqiqi erkən cinsi inkişaf ola bilər. Mütləq araşdırılmalıdır.

 

Erkən cinsi inkişafın başqa əlaməti də tüklənmənin başlamasıdır. Oğlanlarda 9 yaşdan öncə, qızlarda 8 yaşdan öncə həm qasıq nayihəsinin, həm də qoltuqaltı nayihəsində tüklənmənin başlaması, eyni zamanda tər qoxusunun gəlməsi əlamətləri erkən cinsi inkişafın göstəricisidir. Həmçinin “böyrəküstü vəzin hiperplaziyası” dediyimiz, yəni hormonal balansın pozulması, vaxtından əvvəl aktivləşməsi, cinsi hormonların çox sintez olunması nəticəsində olan bir prosesdir.

 

endokrinoloq Gülay Məmmədova

Aztibb.az

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib