Bir sual, bir cavab – Kolposkopiya nədir?
20.09.2021 15:15

Yaşından asılı olmayaraq hər bir qadında aparılmalıdır

 

Kolposkopiya uşaqlıq boynuna, uşaqlıq yoluna xüsusi işıqlandırma və optik böyütmə sistemi olan aparatla baxılmasına deyilir. Bunun üçün 10,15,20 dəfə böyütməyə malik, rəngli işıq filtrləri olan videokolposkopdan istifadə olunur.

 

Kolposkopik müayinə uşaqlıq boynunun, uşaqlıq yolunun, xarici cinsiyyət üzvlərinin (vulva) patoloji proseslərinə diaqnoz qoymaq, aparılan müalicənin dinamikasını izləmək və məqsədyönlü biopsiya etməyəyə imkan verir.

 

Bu müayinənin ginekoloqa müraciət edən, yaşından asılı olmayaraq hər bir qadında aparılması vacibdir. Yaşı 35-dən yuxarı olan qadınlardan isə göstəriş üzrə patohisto və patositoloji material götürülür. Çünkü bu müayinə metodu xərçəngönü vəziyyət və xərçəngin preinvaziv mərhələsini təyin etmək üçün aparılır.

 

Kolposkopiyanın vəzifələri uşaqlıq yolu, uşaqlıq boynu, vulvanın epitelisinin vəziyyətini qiymətləndirmək, zədələnmə ocağını aşkar etmək,  müəyyən prosesləri bədxassəli şişlərdən differensə etmək və məqsədyönlü biopsiya aparmaqdır.

 

cərrah, mama-ginekoloq Ülviyyə Qüdrətova

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib