Açıq ürək əməliyyatı hansı xəstəliklərdə icra edilir? 
20.09.2021 14:36
Bu gün açıq ürək əməliyyatının alternativləri mövcud olsa da bəzi xəstələr üçün bu əməliyyat məcburi ola bilər. Açıq ürək əməliyyatı ürəyi birbaşa görərək edildiyindən bir çox önəmli üstünlükləri mövcuddur.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bu barədə maarifləndirici məlumat paylaşıb.
 
Açıq ürək əməliyyatı hansı xəstəliklərdə icra edilir:
 
- Ürək ritm pozğunluqları
- Anadangəlmə ürək problemləri
- Ürək çatışmazlıqları
- Ürək qapaq darlıqları
- Ürək dəlikləri
- Arterial damar yırtılmaları, deformasiyaları
- Ürək törəmələrinin müalicəsi
 
Həkimin sözlərinə görə, bir qədər yaşlı pasiyentlərdə açıq ürək əməliyyatı icra edilməyə bilər. Lakin digər hallarda təcrübəli əllərdə icra olunan açıq ürək əməliyyatları son dərəcə təhlükəsizdir.
 
Cabir Gülmalıyev qeyd edib ki, açıq ürək əməliyyatı sonrası pasiyentlər bir müddət reanimasiya şöbəsində tənəffüs aparatına qoşulu vəziyyətdə qalırlar. Burada təzyiq, ürək ritmi, oksigen səviyyəsi daima nəzarət altında olur.
 
"Açıq ürək əməliyyatları sonrası ən yaxşı sağalma prosesi "erkən mobilizasiya" adlandırdığımız xəstənin nə qədər tez ayağa qalxması və yeriməsidir", - deyə həkim bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub