Alimlər koronavirusa qarşı peyvəndin əlavə faydasının olduğunu açıqlayıblar
19.09.2021 16:04

ABŞ tədqiqatçıları koronavirusa qarşı peyvənd edilən insanların gələcəkdə daha az stres yaşadıqlarını və onların psixi vəziyyətlərinin yaxşılaşdığını iddia edirlər.

 

Aztibb.az xəbər verir ki, bu barədə "PLOS ONE" jurnalında dərc olunmuş məqalədə deyilir.

 

Cənubi Kaliforniya Universiteti mütəxəssisləri 2020-ci ilin martından 2021-ci ilin mart ayına qədər pasiyentlərdən hər iki həftədə bir dəfə pandemiya zamanı öz ruhi vəziyyətlərini qiymətləndirmək üçün anketləri doldurmağı xahiş ediblər. Tədqiqatda ümumilikdə səkkiz mindən çox insan iştirak edib.

 

Nəticədə, dərmanın ən az bir dozasını alan respondentlərdə güclü neqativ duyğuların yaranma ehtimalının 15%-dən az olması məlum olub. Qadınlarda isə bu göstəricilər kişilərə nisbətən bir qədər yüksək olub. 

 

Qeyd edək ki, bu yaxınlarda tədqiqatçılar kişilərin və qadınların koronavirus pandemiyası nəticəsində müxtəlif şəkildə stresə məruz qaldıqlarını bildirmişdilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub