Həkim reportajı: Xaya burulması zamanı gecikdirilərsə xaric edilir  
19.09.2021 15:23

 

Xayanın burulması, dönməsi damarlar və toxum daşıyıcı ciyənin öz ətrafında burularaq  xayanın qan dövranın pozulması ilə nəticələnən ağrılı vəziyyətdir. Burulma düzəldilmədiyi halda xayanın qan dövranın pozulması nəticəsində xayanın qanqrenası baş verir. Qanqrenanın baş verməsi isə burulmanın dərəcəsindən və keçən müddətdən asılıdır.

 

Xayada və ya xayalıqda anidən başlayan kəskin ağrı ən sıx görülən əlamətidir. Ağrı qasıq nahiyyəsi və qarnın aşağı hissələrində də hiss edilə bilər. Həmçinin şiş və qızarıqlıq da görülə bilər.

 

Xaya ağrisi varsa həkimin diqqətli müayinəsi mütləqdir. Müayinədə xayanın və artımlarının yerinə, ölçüsünə, sərtliyinə, hamarlığına, həssaslığına, dəri rənginə, kremaster refleksinə və s. baxılır.

 

Xaya burulmasının diaqnozu əl ilə müayinə və Rəngli Doppler ultrasəs müayinəsi yardımı ilə qoyulur. Ultrasəs muayinədə zədələnmiş xayaya gələn qan axınının nisbi zəifləməsi və ya tam kəsilməsini görülməsi xaya burulmasını ağla gətirilməlidir. Epidimortxit və sidik yolları infeksiyası düşünülürsə ümümi sidik analizi və ehtiyac halında sidiyin əkilməsi istənilə bilər.  

 

Xaya burulması diaqnozu qoyulubsa, təcili olaraq əməliyyat edilməlidir və burulma düzəldilərək xaya normal halına gətirilir. Ancaq gecikdirilərsə və xayanın qanlanması pozularaq nekrozlaşmış haldadırsa xaya xaric edilir. Bir tərəfdə xaya burulma olubsa gələcəkdə digər xayanın da burulma ehtimalı olduğu üçün digər xaya burulma baş verməsin deyə xayalığa əməliyyatla sabitlənir.

 

uzman uroloq-androloq Pərviz Hacıyev

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib