Zədələnmələrin əməliyyatsız bərpaedici müalicəsi – Proloterapiya  Birinci yazı
18.09.2021 10:41

XXI əsrin tibbində ağrı probleminin həllində hamımızın bildiyi ənənəvi yanaşmalarla yanaşı, alternativ yanaşmalar meydana gəlməkdədir.

 

İnsan orqanizmi özü sanki bir aptek deposudur, onun öz sağalma və özünümüdafiə sistemi vardır. Proloterapiya bu sağalma  sistemini aktivləşdirir, zədələnmiş oynaq və nahiyədə sağalma prosesini daxildən işə salır.

 

Aztibb.az proloterapiyanın effektiv olduğu xəstəliklər, təsir mexanizmi, eləcə də hansı hallarda xəstələrə tətbiq olunması haqqında yazını təqdim edir.

 

Proloterapiya regenerativ  tibbə daxildir, orqanizmin təbii sağaldıcı mexanizmlərini stimulyasiya edərək zəifləmiş nahiyyədə toxumanı yeniləyir. Bu birbaşa zədə nahiyyəsinə inyeksiya edilməsi ilə aparılır. Sağlam bağ və ya vətər liflərinin yaranması nəticəsində zəifləmiş strukturlar möhkəmlənir. Bir neçə dəfə bu prosesin təkrar edilməsi həmin nahiyədə toxumanın təbii möhkəmliyini bərpa etməsinə səbəb olur.

 

Proloterapiyadan (skleroterapiya) hələ əsrlər öncə Roman əsgərlərinin çiyin oynağının dislokasiyaları və zədələnmələri zamanı isti dəmirlə mülicə edilərək çiyin oynağında zədələnmiş və cırılmış bağların, liqamentlərin sağalması üçün istifadə edilib.

 

 

 

Tibb sahəsində bu üsulunun inkişafı fibroz toxumanı möhkəmləndirən və yenisini yaradan, zədələnmiş toxumada çapıq toxuma yaranmasından üstün olaraq normal kollagenin yaranmasını təmin edən təkmilləşmiş müasir metodların istifadəsinə gətirib çıxardı.

 

Hippokrat isə varikoz damarların müalicəsini zamanı venaların skleroterapiyasını silindr formalı dəmir alətdən istifadə edərək izah edib.

 

Venaların skleroterapiya ilə inyeksiyası ilk dəfə 1623-cü ildə qeydə alınıb, lakin venaların, disk yırtıqlarının və hemmoroidlərin skleroterapiya inyeksiyası ilə müasir müalicəsi 1900 illərin əvvəllərinə təsadüf edir.

 

Proloterapiyanın tətbiq sahələri genişdir. Əzələ-oynaq xəstəliklərindən diz ağrıları, artrozlar, çiyin ağrıları, boyun, bel, kürək ağrıları, bel yırtığı, protruziyalar və s. problemləri saymaq olar.

 

Proloterapiyanın növlərinə hipertonik şəkərli məhlul ilə, trombositlərlə, zəngin plazma ilə və kök hüceyrə ilə tətbiqlər daxildir.

 

Çiyində əzələ yırtıqları, menisküs zədələnmələri, əməliyyat sonrası yaxşılaşmayan yırtıqlar, əl və ayaqda sinir sıxışmaları, boyundan qaynaqlanan baş ağrıları, baş dönmələri, qabırğalarda keçməyən ağrılar və digər xəstəliklər zamanı proloterapiyadan istifadə edilir.

 

Pasiyentin vəziyyətinə görə, dərman, fizioterapiya, idman hərəkətləri və cərrahi müdaxilə kimi bir çox müalicə üsullarının yanında bu  proseduru da tətbiq etmək mümkündür.

 

Proloterapiya bir çox idman zədələnmələrində ideal müalicə metodudur. Bu regenerativ, bərpaedici müalicə növü zədələnmələr zamanı geniş istifadə edilir.

 

Kompleks proloterapiya idmançılara əzələ-oynaq zədələnmələri zamanı müalicə dövründə məşqləri davam etməyə imkan verir və eyni zamanda zədələnən toxumanı tam bərpa edir. Çünki proloterapiya bir yenilənmə müalicəsi olub, quruluşu pozulmuş, gücdən düşmüş oynaqların, hüceyrələrin, yumşaq toxumaların özünü yeniləməsidir.

 


Proloterapiya müalicəsi ortalama 3-6 seans keçirilir. Bir çox təzə zədələnmələr 1-2 seans ilə tam sağalır. Lakin zədə köhnə və mürəkkəb olduqda 6-8 seans olur. Proloterapiya adətən hər 4-6 həftədən bir, bəzən 3 həftədən bir də edilir.

 

Proloterapiyanın ən çox tətbiq olunduğu xəstəliklərdən biri kirəclənmələrdir. Kirəclənmə oynağın quruluşunu pozur, əlaqələri zədələyir, onurğa aralığında daralma, qığırdaqlarda zədələnməyə səbəb olur. Belə vəziyyətdə oynağı yeniləmək üçün oynaqda vətərlərin və bağlantıların sümüyə toxunduğu xüsusi nöqtələrə və qığırdaq nöqtələrinə özəl proliferan məhlul ilə inyeksiya edilir. Bu inyeksiya nəticəsində vücudun hüceyrələrində yaxşılaşma başlayır və toxumalar əvvəlki vəziyyətinə qayıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev