"Yenidoğulmuşlarda tənəffüsə dəstək” kitabının təqdimatı keçirilib
17.09.2021 15:56
“Yenidoğulmuşlarda tənəffüsə dəstək” kitabının təqdimat mərasimi keçirilib.
 
Aztibb.az xəbər verir ki, onlayn formatda baş tutan təqdimatda yeni çapdan çıxmış kitabın redaksiya heyətinin üzvləri, kitabın ərsəyə gəlməsində dəstək göstərən "Uptodate in Medicine" şirkətinin əməkdaşları, Azərbaycan və Türkiyədən həkimlər iştirak ediblər.
 
Təqdimat mərasimini giriş sözü ilə Türk Neonatoloji Dərnəyinin rəhbəri professor Esin Koç açaraq kitab haqqında geniş məlumat verib. O, kitabın işıq üzü görməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib, nəşrin bütün həkim–neonatoloqlar, eyni zamanda tibb elminin sirlərini öyrənən tələbələr üçün çox aktual və gərəkli olduğunu qeyd edib.
 
Tədbirdə kitabın redaksiya şurasının üzvü, məsləhətçi-mütəxəssisi, Mərkəzi Gömrük Hospitalının həkimi, pediatr-neonatoloq-reanimatoloqu Təranə Göyüşova çıxış edib.
 
“Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2019-cu ildə dünyada 5 yaşa qədər uşaqlar arasında ölüm hallarının təxminən 47%-i yenidoğulmuş dövrdə meydana gəlir, onlardan təxminən üçdə biri doğulduqdan 24 saat sonra və dörddə üçü həyatlarının ilk həftəsində ölür", - deyə T.Göyüşova qeyd edib. 
 
Həkimin sözlərinə görə, dünyada hər gün təxminən 6700 yeni doğulmuş uşaq ölümü qeydə alınır və əksər hallarda yenidoğulmuşların ölüm səbəbi erkən doğum, doğum asfiksiyası və ya doğuş zamanı tənəffüsün olmaması, infeksiyalar və anadangəlmə qüsurlardır. Neonatoloqların işində yenidoğulmuşların müalicəsində respirator terapiya ən vacib komponentlərdən biridir. Son illərdə tənəffüsə dəstək strategiyasının sürətli inkişafı nəticəsində həkimin əlində noninvaziv dəstəkdən mexaniki ventilyasiyaya qədər bir neçə növ seçim var.
 
"Kitabın mündəricatına nəzər salsaq görərik ki, tənəffüsün fiziologiyasından və tənəffüsün dəstəkləmə prinsiplərindən başlayaraq fərqli növ mexaniki ventilyasiya dəstəyinə qədər müalicə üsulları göstərilmiş və çoxlu sayda qrafik və cədvəllər ilə aydın izah edilmişdir",  - həkim bildirib. 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub