Həkim reportajı: Uşaqlarda miqrenin səbəbi, əlaməti və müalicəsi  
16.09.2021 18:48

 

Miqren ağrılarına 5-15 yaş arası uşaqların 10%-də rast gəlinir və baş ağrısı ilə müraciət edən uşaqların 75%-də ağrının səbəbidir. Qızlarda daha çox görünür.Miqren periodik olaraq təkrarlanan xroniki baş ağrılarıdır. Xarakterik əlaməti başın bir yarısında pulsasiyaedici ağrıların olmasıdır.

 

Bu ağrılar, adətən, ürəkbulanma, qusma, işıqa qarşı həssaslıq, səsə dözümsüzlük ilə müşayiət olunur və 4-72 saat çəkə bilər. Miqren tutması olduqda xəstə fiziki hərəkət etdikdə ağrı şiddətlənir.Miqren xəstəliyi genetik meyilli xəstəlikdir, hətta ailəvi hemiplegik miqren adlanan bir forması da mövcuddur. Miqrenli bir uşağın, adətən, bioloji valideynlərindən birində miqren tutmalarının olması aşkarlanır.  

 

Miqren nevroloji xəstəlikdir. Miqren ağrıları saatlar və ya günlərlə davam edir. Miqren zamanı baş ağrılarının səbəbi qan damarlarının ətrafındakı sinir liflərinin kimyəvi preparatların təsiri, qan damarlarının genişlənməsi nəticəsində sıxılmasıdır.

 

Miqrenin müalicəsi davranış terapiyası, tutmanın müalicəsi (kəskin) , qoruyucu və ya profilaktik müalicə olmaqla 3 ana başlıq altında birləşir. Davranış terapiyası dedikdə, miqreni tətikləyən faktorlardan uzaq olmaq yəni, dieta, normal gecə yuxusunun olması, relaksion əgzərsizləri, koqnitiv terapiya başa düşülür.Miqrendə ağrı səbəb olan amillərdən uzaq olmaq lazımdır.

 

Məktəbdə baş verən problemlər uşaqda baş ağrısına səbəb olur.İmtahan zamanı yaranan yorğunluq, stres, vaxtında qidalanmamaq miqren ağrılarının tezləşməsinə səbəb olur.Kəskin dövrdə yəni ağrı olduqda uyğun dozada və zamanında aağrıkəsicilr qəbul edilməlidir. Səssiz və qaranlıq otaqda yuxuya getmək məsləhətdir. Lazım olan effekt olmadıqda 2 saat sonra yenə müvafiq preparat qəbul etmək lazımdır. Ağrıkəsicilər həkim nəzarəti altında qəbul edilməlidir. Həftədə 1-2 dəfədən çox qəbulu doğru hesab edilmir.

 

nevroloq Aynur Zeynalova

Aztibb.az

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib