Bir sual, bir cavab ­– Göbək yırtığı müalicə edilməzsə riski nədir?
15.09.2021 09:55

Göbək yırtığı hələ tam bitişməmiş olan göbək halqasının içində yaranan boşluqdan qarın içi orqanlarının girib çıxmasıyla göbəkdə əmələ gələn şişdir.

 

Göbək yırtıqları göbək çuxuru içindən və ya dərhal yaxınından çıxır və bir fındıq böyüklüyündən – portağal böyüklüyünə qədər müxtəlif ölçülərdə ola bilər. Doğumdan əvvəl ana ilə uşaq arasındakı bağı meydana gətirən və uşağın böyüməsi üçün ehtiyaclarını təmin edən damarlar göbək halqasının içindən keçir. Doğumla birlikdə bu damarlar bağlanır. Bu səbəblə umbilikal herniler (göbək yırtığı) anadangəlmə mənşəlidir.

 

Bu yırtıqların çoxu zamanla özbaşına bağlanır. Bu səbəblə uşaqlarda göbək yırtıqları 4 yaşına qədər yırtıq boğulması, bağırsaq tıxanması kimi vəziyyətlərə səbəb olmazsa izlənir. Ancaq yetkinlərdə göbək yırtığı meydana gəldiyi zaman özbaşına bağlanma olmayacağına görə cərrahi əməliyyata ehtiyac duyulur.

 

Göbək yırtıqlarını əməliyyatla düzəltmək sadə və etibarlı bir yoldur. Yırtıq defektinin kənarlarının birbaşa olaraq yaxınlaştırılması ilə, laparoskopik yaxud açıq üsulla əməliyyat edilir və təkrarlama riski aşağıdır. Digər yırtıq növlərində olduğu kimi qarın içi təzyiqi artıran bütün hallar (xroniki öskürək, hamiləlik, qəbizlik, ağır yük qaldırma) göbək yırtığı meydana gəlməsi səbəbləri arasındadır.

 

Göbək yırtığını barmağınızla açıq olan göbək halqasını hiss edə bilərsiniz. Ayrıca göbəkdə ağrı, şişlik, həssaslıq, görünüş pozqunluğu kimi fərq faktorları göbək yırtığı olduğunu göstərə bilər. Bunun xaricində şişlik birdən böyüməyə başlarsa, yırtıq uzanılan vaxt ya da içəri aşağı doğru əyildiyimiz zaman içəri girmirsə, həssaslıq artırsa, tualetə gedə bilməmək, bulanma, qusma kimi simptomlar mövcuddursa təcili olaraq həkimə müraciət etməyiniz lazımdır.

 

Bu göbək yırtığının içinə qarın içi orqanlardan biri yada bir neçəsinin girməsi və burada sıxışıb qaldığı mənasını verir və bu zaman təcili olaraq sıxışan bu orqanların canlılığını itirmədən öncə cərrahi bir əməliyyat tətbiq edilməlidir. Əks halda ediləcək əməliyyat yalnız göbək yırtığı əməliyyatı olmayacaq, sıxışan orqana da istiqamətli cərrahi əməliyyat tətbiq etmək lazım olacaq.

 

ümumi bariatrik cərrah Ruslan Ağayev

Aztibb.az

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib