Həkim reportajı: Əkizlər nə zaman doğulur? Risklər və diqqət ediləsi məqamlar
13.09.2021 10:30

Çoxdöllü və ya əkiz hamiləlik ana bətnində iki və ya daha artıq rüşeymin (körpənin) formalaşdığı hamiləlikdir. Bütün doğuşların yalnız 3%-i çoxdöllü və ya əkiz hamiləliklər təşkil edir və bu nisbət günü-gündən artmaqdadır.

 

Süni mayalandırma zamanı bətn daxilinə köçürülən embrion sayının artması çoxdöllü və əkiz hamiləliklərin sayının artmasının əsas səbəblərindəndir. Çoxdöllü və əkiz hamiləliklər vaxtından qabaq doğuş və körpənin inkişaf problemləri kimi müxtəlif risklər daşıyırlar. Bu səbəbdən hamilə ananın çoxdöllü və ya əkiz körpə daşıdığı məlum olduqdan sonra hamiləlik və körpənin inkişafına nəzarət üçün perinatoloqa (riskli hamiləliklərə nəzarət edən ginekoloq) müraciət etməsi məsləhətdir.

 

Əkiz hamiləliklərin yarısı, çoxdöllü hamiləliklərin isə demək olar ki, hamısı hamiləliyin 37-ci həftəsindən əvvəl doğur, yəni çoxdöllü və əkiz hamiləliklər əsasən vaxtından qabaq doğuş ilə nəticələnir.

 

Çoxdöllü və ya əkiz hamiləlikli analarda hamiləlikdən asılı yüksək təzyiqin rastgəlmə tezliyi normal hamiləliklərə görə 3 dəfə daha çoxdur. Körpədə sinir borusu defekti, ürək və həzm sistemi anomaliyalarının rastgəlmə tezliyi normal hamiləliklərlə müqayisədə təxminən 2 dəfə çoxdur. Həmçinin düşüklə nəticələnməsi riski normal hamiləliklərə nisbətən daha çoxdur. Əlillik riski, döllərdə qüsurun yaranma riski yüksək olur. Eyni zamanda, müəyyəm hallar üçün ana bətninə cərrahi müdaxilə edilir.

 

Çoxdöllü hamiləliyi olan qadının zülala,kaloriyə və dəmirə olan ehtiyacı daha çoxdur. Hamiləliklərdə mümkün ola biləcək ağırlaşmaları vaxtında müəyyən etmək üçün həkim tərəfindən təyin olunan görüş sayı artırılmalıdır. Bunlardan əlavə, hamilə qadının evdə və ya xəstəxanada yataq rejimində istirahətinə ehtiyac ola bilər. Ən əsası isə, əkiz hamiləliklərlə təcrübəsi olan mütəxəssisin daimi müşahidəsi altında olmaq və məsləhətlərini bütün incəliklərinə qədər yerinə yetirməkdir.

 

uzman, mama-ginekoloq Turab Canbaxışov

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib