Bir sual, bir cavab – Evlənmədən öncə hansı müayinələrdən keçmək lazımdır?
12.09.2021 12:55

Gələcək ailənin təməlini heç kəsdən geri qalmadan yaxınlarınızla əylənərək, adəti üzrə yerinə yetirmək tək məsələ deyil, evlənmədən öncə hər iki tərəfin sağlamlıqlarıyla bağlı hər hansı probleminin olmaması daha vacibdir.

 

Ümumiyyətlə, hər kəsin ildə ən azı bir dəfə ümumi həkim müayinəsindən keçməli olmasının vacib olduğunu artıq hər kəs bilir. Eləcə də, ailə quracaq iki fərdin də evlilik öncəsi müayinədən keçməsi onların gələcəyi üçün çox önəmlidir. Həm kişi, həm qadın gələcək sağlamlıqları, övlad istəyi olacaqsa problemsiz şəkildə hamiləliyin baş verməsi və digər səbəblərə görə müayinə olunmağın əhəmiyyətinə varmalıdırlar. Sağlamlıqlarında problem varsa, məlumatlı olsalar xəstəliyi vaxtında aşkar edib aradan qaldırmaq üçün müəyyən zamanları olar.

 

Hər iki fərdin ortaq olaraq nihakdan öncə verməli olduğu mütləq analizlər olduğu kimi (hemoqlobinopatiyalar ,İİV-QİÇS, sifilis xəstəlikləri), ayrı-ayrılıqda da müayinələrdən keçməkləri məsləhətdir. Kişilər üçün androloji, qadınlar üçün ginekoloji müayinələrdən başqa cütlük istəklərinə görə genetik analizlər də verə bilirlər.

 

Uşaq sahibi olmaq isdəyən cütlüklər cinsi infeksiyalar, spermoqramma və ginekoloji müayinədən öncədən mütləq şəkildə keçməlidirlər. Ailənin təməli sevgiylə bərabər sağlam bədən və ruhla qurulmalıdır.

 

uroloq-androloq Seymur Mehtiyev

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib