Həkim reportajı: Mütləq hər bir qadın bilməlidir!
10.09.2021 11:59

Dünyada hər iki qadından birində bu xəstəliyin ən azı ilkin əlamətləri var. Söhbət süd vəzinin xoşxassəli xəstəliyi – mastopatiyadan gedir. Mastopatiya termini altında 30-a yaxın sinonim birləşdirilir — süd vəzisinin displaziyası, süd vəzlərinin dishormonal hiperplaziyası, fibroadenomatoz, Şimmelbuş xəstəliyi, xroniki kistoz mastit, mazoplaziya, kistoz mastopatiya, mastodiniya və s.

 

Əgər menstruasiya öncəsi döşdə ağrılar, həcminin böyümə, yüngül şişkinlik kimi hallar olubsa, siz artıq risk qrupundasınız. Hər bir qadın, mastopatiyanın müalicəsini və profilaktik tədbirlərini bilməlidir. Həmçinin bu xəstəlik digər ciddi xəstəliklərin (onkoloji xəstəliklər də ola bilər) yaranmasının fonu ola bilər.

 

Süd vəzinin digər xəstəliklərinə nisbətdə mastopatiya qorxulu xəstəlik deyil. Vaxtında həkimə müraciət edildiyi halda, çox uğurla müalicə olunur. Adətən mastopatiyanın əlamətləri dövrü xarakter daşıyır- menstruasiyaya 10 gün qalmış. Buna görə də, qadınlar bu əlaməti çox vaxt dövrü ağrılar kimi qəbul edib ciddiyə almırlar.

 

Adətən süd vəzində ağrılar, formasının dəyişməsi ilə müşaiyət olunur. Bu xəstəlik reproduktiv yaş dövründə olan qadınların 60-90% də rast gəlinir.

 

Əgər sizin ana tərəfdən qohumlarınızın süd vəzilərində xoşxassəli və ya bədxassəli şişlər olubsa, sizdə endokrinoloji xəstəliklər varsa, tez-tez stress keçirirsinizsə, artıq çəkiniz varsa, yaş 40-ı keçibsə, abort və ya hamiləliyin yarıda kəsilməsi halları olubsa, 30 yaşa qədər doğum halı olmayıbsa, siz doğuşdan sonra uşağı əmizdirməmisiniz, və ya qısa dövrdə, ya da iki ilə yaxın dövrdə əmizdirmisinizsə, bütün bu hallarda risk qrupundasınız.

 

Həkim sizi vizual müayinə edərək, süd vəzilərinin ultrasəs müayinəsindən keçirəcək. Həmçinin endokrinoloji müayinə və mədə bağırsaq traktının müayinəsi də mümkündür. Əgəgr “mastopatiya” diaqnozu təsdiq olunsa, həkim müalicə təyin edəcək. Sizi qorxuda bilən ən pis hal isə, cərrahi müdaxilə və ya hormonoterapiya ola bilər. Lakin xəstəliyin ilkin mərhələlərində, müalicə metodları sadə və çoxsaylıdır.

 

ginekoloq Sevinc Əkbərova

Aztibb.az

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib