ATU-nun tələbələri beynəlxalq yarışmada uğur qazanıblar
28.08.2020 01:04

Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri beynəlxalq yarışmada yüksək yer tutublar. Universitetin II Müalicə-profilaktika fakültəsinin V və VI kurs tələbələri Leyla Gəncəliyeva ilə Ədalət Gəncəliyev IFMSA-InSimu III Beynəlxalq Diaqnostika Çempionatında 1000-dən çox iştirakçı arasında 5-ci yerə çıxıblar.

 

Onlayn formatda keçirilən çempionatda 90 ölkədən 419 komanda (ümumilikdə 1068 iştirakçı) yarışıb. Onlar 3 gün ərzində fərqli mövzular üzrə 1 saatlıq müsabiqədə iştirak ediblər. ATU-nu təmsil edən Gəncəliyevlərin komandası ilk beşlikdə qərarlaşıb.

 

Qeyd edək ki, diaqnostika üzrə çempionat artıq üçüncü dəfədir təşkil olunur. Yarışmanın hədəfi qeyri-dəqiq diaqnozların qoyulması ilə mübarizənin təbliğidir. Bu onlayn təşəbbüs dünyanın hər yerindən tibb tələbələrinə kliniki biliklərini müqayisə etməyə və paylaşmağa imkan verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır