Həkim reportajı: oxşar əlamətli gənə və sızanaq xəstəlikləri
06.09.2021 12:51

Gənə xəstəliyi ilə sızanaq xəstəliyi tamamiylə fərqli problemlərdir. Gənə və ya elmi adı “Demodex folliculorum” hər bir insanda mövcüd ola kommensal parazitdir. Bu parazit əsasən üz dərisində yağ vəzlərində yaşayır. Yaşamı boyunca normal dəridə hər hansı bir qaşıntı, qızartı, yanma, batma və s. kimi əlamətlər vermir. Yəni, bəzi insanların söylədiyi kimi “dəridə sanki nəsə gəzir” hissini vermir. Bəzi insanlarda isə ekzogen və endogen faktorların təsirindən dəridə gənə paraziti çoxalmağa başlayaraq dəridə demodikoz xəstəliyi törədə bilir.

 

Demodikoz xəstəliyi sızanaq xəstəliyi ilə eyni olmayan, tamam fərqli xəstəliklərdir. Demodeks əleyhinə müalicələr heç bir zaman vulqar akne və ya adi sızanaq problemini aradan qaldırmır və demodeks paraziti ilə mübarizə aparmaq doğru deyildir. Cünki xəstəlik əlamətləri aradan qalxsa belə nəticələr müsbət çıxır.

 

Çivzələrdən əziyyət çəkən xəstələrdə demodeks testləri müsbət nəticə verir. Lakin, testin müsbət çıxması çivzə probleminin yaranmasında gənə iştirak etdiyi mənasına gələ bilməz. Demodex folliculorum parazitinin sızanaq xəstələrində çoxalması reaktiv səbəblərdən yarana biləcəyi və yağlı dəri probleminə bağlı meydana gəlməsi ehtimal edilir.

 

Gənələr çoxalaraq bəzi insanlarda rozasea xəstəliyi də yarada bilər. Həm rozasea, həm də demodikoz xəstəliyinin müalicəsində gənə əleyhinə müalicələr almaq olar və müsbət nəticələr əldə etmək mümkündür. Lakin, vulqar akne problemi demodeks əleyhinə müalicələr ilə düzəlmir, yaxud qismən düzəlir.

 

Gənə xəstəliyi ilə sızanaq xəstəliyini qarışdıraraq yanlış müalicələr aparan həkimlər də çoxdur. Odur ki, üzündə sızanaq problemi olan pasientlər həkim seçimində diqqətli olmalıdırlar.

 

dermatoloq Mehdi İskəndərli

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib