Bir sual, bir cavab – Eşitmə qabiliyyətinin itirilməsinin və ağıreşitmənin səbəbləri nədir?
05.09.2021 16:59

Azərbaycanda bir milyona qədər insan eşitmə azlığından əziyyət çəkir. Eşitmə anadangəlmə olmadıqda lal-karlığa səbəb olur. Qulağın xroniki infeksiyaları – məxmərək, qızılca, parotit, meningit xəstəlikləri, həmçinin bəzi dərman preparatları və ətraf mühitin zərərli amilləri eşitmə qabiliyyətinin itirilməsinin və ağıreşitmənin əsas səbəbləri hesab edilir.

 

Eşitmə problemlərindən biri olan neyrosensor ağıreşitmə daxili qulaq və ya mərkəzi sinir mənşəli eşitmənin azlığıdır. Əgər yaşlı adamlarda yaşla əlaqədar neyrosensor ağıreşitməyə rast gəlinirsə, uşaqlarda, gənclərdə xəstəliyin yaranmasında səbəb burun ətinin mövcudluğu, müəyyən antibiotiklər, qulaqcılardan hədsiz istifadə, qohum nikahlarıdır.

 

Neyrosensor ağıreşitmənin müxtəlif dərəcələri var. Xəstəlik ən yüngül dərəcədən ən ağır formaya kimi müşahidə edilə bilər. Təəssüf ki, xəstəliyin dərman müalicəsi yoxdur. Əgər eşitmənin dərəcəsi yüngüldürsə, yəni, 2-3-cü dərəcədədirsə, bu zaman ən yaxşı üsul eşitmə cihazlarının təyin olunmasıdır.

 

On beş il əvvəl Azərbaycanda eşitmə cihazlarından istifadəyə az rast gəlinirdisə, hazırda zamanla bunun tam əksini görməkdəyik. Yaşı 70-dən çox olan insanların yarıdan çoxu isə bu və ya digər ağırlıqda eşitmə azlığından əziyyət çəkir. Xəstəliyin dərəcəsi ağır olduqda isə koxlear implantasiya əməliyyatı icra edilir. Əməliyyat nəticəsində xəstənin eşitməsi bərpa olunur.

 

Eşitmənin keyfiyyətini test üsulu ilə xüsusi kabinələrdə yoxlayırlar. Bu zaman səs aparatlarından istifadə edilir və hər qulağa müxtəlif səslər verilir. Pasiyentin səsi eşidib-eşitməməsinə görə xəstəliyin dərəcəsi müəyyən edilir.

 

LOR-cərrah, uzman həkim Murad Şıxəliyev

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib