Həkim reportajı: Dərman uşağa mütəxəssis rəyi olmadan verilməməlidir 
04.09.2021 13:49

Həkim məsləhəti olmadan azyaşlıya hansısa dərman, hətta vitamin də olsa vermək onun üzərində təcrübə aparılmasına bənzəyir.

 

Bəzi valideynlər gecələri pis yatan, həddən artıq aktiv olan uşaqları sakitləşdirmək üçün onlara valeryan məhlulu verir və onun zərərsiz olduğunu düşünürlər. Kardioloq tərəfindən müayinə olunmayan uşağa ürək sakitləşdirici dərman vermək qətiyyən düzgün addım deyil.

 

Əgər uşaqda nevroloji problem müşahidə olunursa, özbaşına müalicə əvəzinə mütəxəssisə müraciət etmək lazımdır. İstənilən halda dərman uşağa mütəxəssis rəyi olmadan verilməməlidir.

 

Uşaqda əl və ayaq soyuqluğu, dərinin göyərməsi qan dövranının pozulmasından xəbər verir. Hər hansı səbəbdən ümumi qan dövranını pozulub və bu halda kardioloji müayinə mütləqdir.

 

Bəzən valideynlər böyüdükcə uşağın ürək döyüntüsünün azalmasından narahatlıq hissi keçirirlər, halbuki, bu, normal haldır. Körpə doğulanda ürək döyüntüsü 130-150-dən başlayır. Uşaq böyüyüb yetkinlik yaşına çatdıqda həmin göstərici 70-80-ə enir. Ona görə də valideynlərin uşağın ürək döyüntülərinin aşağı olması ilə bağlı narahatlığı əsassızdır.

 

invaziv kardioloq Elşən Rzayev 

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib