Bir sual, bir cavab – Ana və uşaq ölümləri ilə nəticələnən doğuşların başlıca səbəbləri nələrdir?
31.08.2021 17:40

Son illər ana və uşaq sağlamlığının qorunması istiqamətində görülən işlər nəticəsində ana və uşaqların ölüm faktları azalıb.

 

Hamilə qadının vaxtı-vaxtında lazımı müayinələrdən keçməməsi, dinamik müşahidədə olmaması, doğuş üçün müvafiq doğum evini seçməməsi, doğum evlərinə çox gec və ağır vəziyyətdə daxil olması baş verən əksər ana və uşaq ölüm hallarının əsas səbəbi kimi göstərmək olar. 

 

Ancaq istər normal, istərsə də keysəriyyə əməliyyatı olsun, əsasən ana ölümlərinin başlıca səbəbi bütün dünyada olduğu kimi, təxminən 30- 40 faiz hallarda qanaxmalardan irəli gəlir.

 

İkinci səbəb isə əməliyyat sonrasında olan problemlərlə əlaqədardır. Ürək problemləri, tromboemboliyalar, amnion mayenin emboliyası ola bilər.

 

Üçüncü yerdə isə əməliyyatdan sonrakı dövrdə olan infeskiyalar durur. Ancaq dünya praktikasında belə bir nəticəyə gəliblər ki, ümumiyyətlə ana ölümlərinin əgər əvvəlcədən səbəbləri bilinərsə və müəyyən önləyici tədbirlər görülərsə, ana ölümlərinin təxminən 48 faizinin qarşısı alına bilər.

 

Hamilə xanımlar adətən müəyyən orqanların anomaliyalarına, inkişafına baxmaq üçün 5 dəfədən 10 dəfəyə qədər ortalama olaraq uziyə düşməlidirlər. Əgər döldə başqa bir problem varsa, onda dölə daha tez-tez baxıla bilər. 2 həftədən bir də baxıla bilər, hətta elə bir patologiya var ki, dölün inkişaf ləngiməsində dölün qan dövranına hər 72 saatdan bir baxılmalıdır.

 

Hazırda araşdırmalar onu göstərir ki, hamilə qadın hər gün ultrasəs etdirsə belə, ona heç bir zərəri yoxdur. Çünki, ultrasəs dalğalar bizim danışdığımız səs dalğalarının bir qədər dəyişilmiz formasıdır, hansı ki, biz onu cihazlar vasitəsilə şəkilə çeviririk.

 

tibb üzrə fəlsəfə doktoru, uzman Turab Canbaxışov

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib