Bir sual, bir cavab  – Anadangəlmə ürək qüsuru hamiləliyin hansı həftəsində aşkar edilir?
29.08.2021 11:17

Bu xəstəlik prenatal dövrdə, yəni ana bətnində erkən həftələrdə artıq aşkar olunur. Körpə dünyaya gələn kimi əməliyyatla aradan qaldırılır. Əgər ağır qüsurdursa, hamiləlik yarımçıq dayandırılır. Beləliklə, anadangəlmə ürək xəstəliyi ilə doğulmuş uşaqların sayı azalmış olur.

 

Azərbaycanda, xüsusən cənub bölgələrində anadangəlmə ürək xəstəlikləri ilə doğulan uşaqların sayı daha çoxdur. Bu da həmin bölgələrdə qohum evliliyinin daha çox olmasından irəli gəlir.

 

Artıq uzun müddətdir ki, bizdə də prenatal, yəni ana bətnində müayinələr aparılır. Bu haqda insanların maarifləndirilməsi vacibdir. Çünki çox adamın bu barədə məlumatı yoxdur. Bir çox ginekoloqlarımız artıq bunu bilir və hansı xəstələrin fetal exokardioqrafiya göstərişi varsa, yönləndirirlər kardioloqa. Biz də xəstəni müayinə edirik, onda bu qüsur varsa və yüngül hesab ediriksə, bu haqda onun ailəsinə bildiririk. Əməliyyat vasitəsi ilə hər şey öz yoluna düşür. Yox əgər ağır qüsurdursa, ailə ilə məsləhətləşib, valideynlərin razılığı ilə hamiləliyi sonlandırırıq. Lakin elə qüsurlar da aşkar olunur ki, heç bir əməliyyata ehtiyac olmadan problem həll olunur.

 

Hazırda invaziv kardiologiyada da bir çox əməliyyatlar – qulaqcıqlar arası çəpər defektinin bağlanması, qapaqlarda olan daralmaların aradan qaldırılması qapalı yolla həyata keçirilir. Bunlar əvvəllər açıq, ağır əməliyyatla aradan qaldırılırdı, indi isə qapalı yolla bir damardan iynə ilə girməklə, bütün bu problemi həll edirsən. Əməliyyatdan sonra xəstədə heç bir çapıq, iz qalmır.

 

Ümumiyyətlə ürəkdə ən aktual problem arterial hipertoniyadır. Təzyiq, şəkər xəstələri əvvəlki illərlə müqayisədə artır və xəstəlik cavanlaşır. Ürək xəstəliklərinə əsasən, düzgün qidalanmamaq, oturaq həyat səbəb olur. Əlbəttə ki, zərərli vərdişlər də, məsələn, siqaret həddindən çox çəkilirsə, spirtli içkilər çox qəbul olunursa, bu xəstəliklərin də yaranma riski çoxalır.

 

invaziv kardioloq Qalib İmanov

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib