Həkim reportajı: Uşaqlarda anadangəlmə hidronefroz xəstəliyi
26.08.2021 23:26

 

Hidronefroz anadangəlmə, ana bətnində dəyərləndirilən bir xəstəlik hesab olunur. Uşaq doğulan zaman bu yenidoğulmuşların 45-65 faizində təsadüf olunur. Böyrək çıxışı bağlı olur və böyrək çıxışları bağlı olduğu zaman böyrək kasa-ləyən sistemində genişlənmə ilə doğulur.
 

Normalda uşaq doğulan zaman böyrək çıxışı 4 mm bərabər olmalıdır, lakin ultrasəs müayinə ilə biz onu dəyərləndiririk ana bətnində və doğulandan sonra, əgər yeni doğulan dönəmdə böyrək çıxışında darlıq varsa, onda 4 mm yox, bu, 5 mm ola bilər, 6 mm ola bilər. Biz onda bunu böyrək hidronefrozu kimi dəyərləndiririk və müşahidəyə alırıq və onun müalicəsi ilə məşğul oluruq.

 

Təkcə, hidronefroz böyrək çıxışında olan darlıqla deyil, böyrəyin urinar üst sistemində və aşağı alt sistemində, sidik hissəsinə keçid nahiyəsində “uretero vezikal darlıqlar” olur. Eyni zamanda, böyrək genişlənməsi “vezikoureteral refluks” dediyimiz bir patologiya ilə bağlı ola bilər. 

 

Böyrək genişlənməsinin səbəbi aydınlaşdırdıqdan sonra da onun dərman müalicəsi, yaxud cərrahi müdaxilə ilə aradan qaldırmaqla bağlı qərar verilir. Bəzən də bu xəstəlikləri biz heç bir kəsik aparmadan endoskopik yolla aradan götürürük.

 

Ancaq digər hallarda, yəni sidik kisəsində, sidiyin geriyə axımı ilə bağlı böyrək genişlənməsi varsa, onda biz endoskopik korreksiya edirik.

 

Bəzən ana bətnində ultrason müayinə ilə müşahidə olunan böyrək genişlənməsi uşaq doğulduqdan sonra bunu dəyərləndirərək müəyyən edirik.

 

Böyrək genişlənmələri dərəcələrə bölünür. Hansı ki, UPD darlıq dediyimiz 3 dərəcədə, vezikouretral dediyimiz refluya bağlı olan 5 dərəcədə genişlənmə müşahidə olunur. Biz bu dərəcələrə uyğun hidronefrozu dəyərləndirib və onun müalicə taktikalarını seçirik, xəstəliyi konservativ müalicə edək, yoxsa endoskopik müalicə edək və ya açıq cərrahi müalicəsini aparaq.

 

Bu metodlar hər bir uşaq ixtisaslı mütəxəssis tərəfindən dəyərləndirilməli və qərar verilməlidir. Əgər düzgün qərar verilərsə, onda xəstəliyi zamanında aradan qaldırmaq olur. Hər hansı bir səhv addım atılarsa orqanın funksiyasını bərpa etmək mümkün olmur. Onun üçün mütəxəssis baxımına, mütəxəssis yardımına və mütəxəssis tövsiyələrinə ehtiyac var.

 

Bəzən bu xəstələr, uroloji mütəxəssindən kənar bir mütəxəssislər tərəfindən müayinə olunur, düzgün dəyərləndirilmir. “Böyrəkdə bir şiş var, böyük bir patologiyadır və böyrək çıxardılmalıdır”… Əslində heç də elə deyil. Bu uşaq mütəxəssisinə vaxtında göstərildikdə, baxıldıqda və düzgün dəyərləndirildikdə düzgün də müalicə aparılır.

 

uşaq cərrahı Rafael Soltanov

 

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib