Həkim reportajı: Ziyilin növləri və müalicəsi 
24.08.2021 20:53

Ziyil HPV virusunun insan dərisində əmələ gətirdiyi törəmələrdir. Bu virus immunitetinin zəifləməsi nəticəsində baş qaldırır.

 

Ziyilin çox növü var. Saçın dibindən tutmuş dırnaqların ucuna qədər, bədənin hər yerində çıxa bilir.

 

Bəzi hallarda pasiyentlər boğazlarında və üzlərində yaranan ziyillərə görə bizə qorxaraq müraciət edir, bununla bağlı onkoloji tibb müəssisəsinə müraciət edib-etməmək barədə sual verirlər. Genital bölgədən başqa digər nahiyələrdə əmələ gələn ziyillərin sayı çox deyilsə, bu, hər hansı xəstəliyin xəbərçisi sayılmır. Qadınların genital bölgəsində yaranan ziyillər isə daha çox uşaqlıq boynu xərçəngi riskini artırır.

 

HİV/QİÇS, hepatit və onkoloji xəstələrdə ziyillərə daha çox rast gəlinir. Uşaqlarda və böyüklərdə ziyillər qısa müddət ərzində artırsa, problemin kökü araşdırılmalıdır.

 

İstər dünyada, istərsə də Azərbaycanda ziyilin müalicəsi zamanı ən çox cərrahi üsula müraciət edilib. Lakin ziyilə cərrahi müdaxiləylə toxunmaq qətiyyən olmaz. Ziyili kəsmək, lazerlə yandırmaq məsləhət deyil. Dünya praktikasında ziyilin müalicəsi zamanı bütün dermatoloqların ilk seçimi krioterapiyadır (orqanizmə ekstremal dərəcədə aşağı temperaturların azmüddətli təsiri). Krioterapiya ilə müalicə zamanı ziyillər maye azotla dondurulur.

 

Bir dəfə HPV virusuna tutulan xəstə ömür boyu onun daşıyıcısı olur. Ziyilin yoluxma ehtimalı çox rahatdır. Əsasən hovuzlarda, ortaq istifadə edilən hamamlarda və saunalarda ziyillərin yayılma ehtimalı yüksəkdir. Bu məkanlarda insanlar daha çox ayaqyalın gəzdikləri üçün ziyilə daha rahat yoluxa bilirlər. Ayaqaltı dəri daha qalın olduğundan ziyil içəriyə doğru irəliləyir, əllərin içində və üz dərisində ziyillər sızanaq kimi ortaya çıxır.

 

Əksər vaxtlar xəstələr ziyillərin müalicəsi zamanı xalq təbabətindən istifadə edirlər. Əncir yarpaqlarının suyunu ziyilin üstündə saxlayırlar. Üz və genital bölgədə, o cümlədən uşaqlarda bu üsuldan istifadə etməyi məsləhət görmürük. Çünki bu, turşu olduğu üçün ətraf dərini yandıra və iz qoya bilir.

 

Bədənində ziyilləri olan insanlar mütləq şəkildə mütəxəssislərə müraciət etsələr, daha yaxşı olar.  

 

uzman dermatoloq Firayya Məmmədova

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib