Bir sual, bir cavab  – Körpələrdə qulaq infeksiyası olub olmadığını necə anlamaq olar?
23.08.2021 11:51

Körpədəki qulaq ağrısı qulaq iltihabı (kəskin otit) ya da başqa bir xəstəlikdən qaynaqlana bilər. Körpənizin qulağının ağrıyıb ağrımadığını anlamanın ən asan yolu onun ruh halında bir dəyişiklik olub olmadığını fərq etmənizdir. Bu vəziyyətdə körpəniz təlaşla sağa-sola əyilir, ya da normaldan çox ağlamağa başlayır. Bu mövzuda analar oyanıq olmalıdır. İstər yüngül, istərsə də yüksək hərarət də qulaq ağrısına işarədir. Bu xəstəliklərdən sonra körpənizin həssaslığını unutmayın.

 

Bunlara əlavə olaraq, xəstələrin şikayətləri qulaqda və qulaqətrafına yayılan ağrılar, qulağın tutulması, eşitmənin zəifləməsi, küy, temperatur və bəzən qulaq pərdəsinin deşilməsi ilə müşahidə olunan ifrazatın və irinin gəlməsindən olur. Lakin xəstədə bu göstərilən şikayətlərin hamısı eyni zamanda müşahidə olunmaya da bilər. 

 

Qulaq infeksiyalarına əsasən bakteriyalar və körpənin qulaq pərdəsinin arxasındakı mayenin yoluxmuş olması səbəb olur. Qulaq ağrılarında ən sıx görülən səbəb orta qulaq iltihabıdır. Ondan sonrakı digər səbəb isə xarici qulaq iltihabıdır. Üçüncüsü də əks olunan ağrılardır. Yəni, bir zərbə nəticəsində (top vurması) meydana gələr. Qulaq ağrıları 95 faiz nisbətində soyuqdəymə, qrip kimi, yəni, üst tənəffüs yolu infeksiyasının qulağa vurması şəklində ortaya çıxır. Araşdırmalara görə əmzik istifadəsi körpələrdə və kiçik uşaqlarda orta qulaq iltihabı riskini artırır. Bundan başqa, külək və soyuq, bəzi körpələrdə gurultulu mühit də qulaq ağrılarına səbəbi ola bilər. 

 

Körpənizin qulağı ağrıyırsa, pediatr və ya qulaq, burun, boğaz mütəxəssisinə müraciət edə bilərsiniz. Lakin qulaq problemi yaranarsa, qulaq burun həkiminə getmək vacibdir. İldə 1-2 dəfə qulaq iltihabının olması uşaq həkiminin həll edə biləcəyi problemdir. Lakin hər ay bu problemlərin olması, olub da keçməməsi, axıntının yığılması kimi halları uşaq həkimləri tam olaraq həll etməyə bilər. Bu baxımdan, eşitmə ilə əlaqədar testlər və digər dəstək müalicələr üçün qulaq burun boğaz həkimlərinin mütləq görməsi lazımdır.

 

uzman həkim Yusif HACIYEV

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib