Vərəmin aşkarlanmasına dəstək məqsədilə səyyar müayinələr həyata keçirilir (Foto)
23.08.2021 09:03

“Sağlamlığa Xidmət” İctimai Birliyi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dəstəyi və razılığı ilə kafe və restoran işçilərinin ağciyərlərinin səyyar rentgen müayinəsinin aparılmasına başlayıb.

 

Aztibb.az-ın məlumatına görə, müayinələr Yaponiya istehsalı, müasir, portativ və süni intellekt üstünlüyü olan rentgen qurğusu vasitəsilə təşkil olunur. QHT bu işi tam könüllü və ödənişsiz şəkildə həyata keçirir. Patologiya aşkar olunmuş şəxslər müvafiq dövlət səhiyyə müəssisəsi ilə əlaqələndirilərək, onlara digər lazımi müayinələrdən keçmələri tövsiyə olunur.

 

Növbəti günlərdə digər ictimai iaşə obyektlərində də kütləvi rentgen müayinələri təşkil ediləcək. Bu müayinələr süni intellekt vasitəsilə vərəm xəstəliyinin erkən aşkarlanmasında və yoluxma sayının minimuma endirilməsində böyük rol oynayır.

 

Qeyd edək ki, 2021-ci ilin may ayından etibarən kütləvi müayinələrə başlayan təşkilat Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə birgə vərəmin aşkarlanmasına dəstək məqsədilə “Qobu Park” yaşayış massivi və Sumqayıt şəhərində 400-ə yaxın vətəndaşı rentgen müayinəsindən keçirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir