Həkim reportajı: Bitki tərkibli dərmanların ciddi fəsadları ola bilər
21.08.2021 16:10

Bilinməlidir ki, bütün dərmanların istisnasız olaraq, hətta bitki tərkibli olanların belə, çox sayda fəsadları var. Valideynləriniz belə düşünürlər ki, bəzi dərmanların fəsadları yoxdur. Və yaxud da fəsad olursa, o zaman dərmanda bir problem var və yaxud da o dərmanı təyin edən həkimdə bir problem var. Amma bilinməlidir ki, bütün dərmanlarda, istisnasız olaraq hamısında müəyyən bir fəsad payı mövcuddur.

 

Təbii ki, bunu biz bildiyimiz üçün, həkimlər olaraq imkan daxilində çalışırıq ki və çalışmalıyıq ki, pasiyentlərimizə az sayıda dərman yazaq. Qayda bundan ibarətdir ki, əgər biz bir pasiyenti bir dərmanla müalicə edə biliriksə, ona ikinci və üçüncü dərmanı təyin etməyək. Və yaxud da ki, yüngül bir dərmanla müalicə edə biliriksə, daha ağırını təyin etməyək.

 

Misal üçün, bir xəstəmizdə tutaq ki, qulaq infeksiyası mövcuddur. Onu biz siropla, antibiotik siropla müalicə edə biliriksə, ona ağır dərmanların, iynələrin yazılması doğru deyil.

 

Valideyinlər dərmanların hər birinin fəsədının olmadığını düşünürlər və yaxud da fikirləşirlər ki yaxşı dərmanın fəsadı yoxdur. Amma bizlər, həkim olaraq bilirik ki bu dərmanların indi və bəzilərinin hətta gələcəkdə fəsadları ola bilir. Ona görə, yenə təkrar edirəm ki, həkimin birinci dərəcəli vəzifəsi ondan ibarətdir ki öz pasiyentlərinə imkan daxilində az dərman yazsın və yazmaq məcburiyyətində qaldığı zaman da ən yüngüllündən başlasın.

 

Digər bir səhv düşüncə də ondan ibarətdir ki, bitki tərkibli dərmanlarımızın fəsadları yoxdur. Təssüflər olsun ki, bu, belə deyil. Kaşki belə olsaydı…

 

Bitki tərkibli dərmanların da körpələrimizə ciddi fəsadları ola bilər.

 

Təbii ki, mən bitki tərkibli dərmanların və yaxud da təbii vasitələrin əleyhinə deyiləm. İllərdir faydalandığımız müəyyən bitkilər var ki, onları biz soyuqlamada və yaxud da müəyyən xəstəliklərdə istifadə edirik. Sadəcə olaraq bu bitkilərin də məsum bir vasitə olmadığını sizin diqqətinizə çatdırmaq istəyirəm.

 

Xüsusən də onu vurğulamaq istəyirəm ki, mümkündür ki, müəyyən bitkilərin, böyüklərdə müəyyən faydaları var. Amma bu bitkilərin, hətta illərin sınağından keçmiş bu bitkilərin, körpələrdə, uşaqlarda təsir mexanizmi, faydalı olub olmadığı bəlli deyil. Bunla əlaqədar araşdırmalar da yox səviyyəsindədir.

 

Hansı yaşda verək? Nə qədər verək? Hansı müddətdə verək? Biz bunları bilmirik. Ona görə də bilmədiyimiz üçün, bitki tərkibli dərmanları körpələrimizə çalışırıq ki, yazmayaq. Hətta aşağı qruplarda heç yazmamağa çalışırıq.

 

Həm bu elə düşüncə yaratmamalıdır ki, biz dərman yazmırıq, hər şeyi dərmansız müalicə edirik. Lazım olduğu zaman çox ağır dərmanların da istifadəsini tövsiyə edirik. Təbii ki, burada artıq o dərmanın zərəri və faydasını bir tərəziyə qoyub, xəstənin həyatını düşünüb, ona görə qərar veririk.

 

İnsan bədəni elədir ki, bəzi şikayətlər, bəzi xəstəliklər, məxsusən körpə və uşaqlarda, öz özünə düzələ bilir. Virusları misal gətirmək istəyirəm. Virus infeksiyaları əksər hallarda zamanla öz-özünə keçib gedir. Yaxud da körpələrdə qaz problemləri olur, bəzi səpkilər və sairə ola bilir ki, tibbi olaraq bu durumlara biz, adətən, dərman yazmırıq.

 

Amma yenə deyirəm, əziz valideyinlər, dərmanlar məcbur qaldığımız zaman ancaq təyin olunmalıdır. Ona görə çalışın ki, siz də həkimə, dərman yazmaq üçün təzyiq etməyəsiniz.

 

 

uzman pediatr neonatoloq Altay ABDULLAOĞLU

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib