Həkim reportajı: Şirin çayı uşağa sevdirməyin!
20.08.2021 11:42

Mən bu gün uşaqlarda analar tərəfindən yol verilən bəzi qidalanma xətaları haqqında məlumat vermək istəyirəm. Ən birinci əziyyət çəkdiyimiz mövzu uşaqlarda şirin çayın, şirin suların, kəmşirin çay və suların verilməsidir. 

 

Ümumiyyətlə, belə suların uşaqlara verilməsi istənilən yaşda qadağandır. Ələlxüsus, yenidoğulmuş dövründə belə çay və sular verilir, amma bu heç bir halda düzgün deyil. Şirin çay, ümumiyyətlə, verilməməlidir. Çünki bunlar asan mənimsənən karbohidratlardır və uşaqlar onu qəbul etdikdən sonra onların bol vitaminli, proteinli və normal sağlam karbohidratların orqanizmə daxil olmasının qarşısı alınır.

 

Su çox mübahisəli məsələdir. Mən həmişə deyirəm – “Ana südü vasitəsi ilə 6 aya qədər uşaqlar suyu da, hər bir qidanı ala bilirlər.” Amma əlavə qidaya keçdikdən sonra təklif oluna bilər. Əgər uşaq içərsə, verilə bilər. İçməsə, yenə ana südün tərkibində o suyunu alır. Amma suya hər hansı bir qatqı qatıb uşağa sevdirmək düzgün deyil. Ələlxüsus, ana südünü tərgidən dövrlərdə uşaqlara şirin çay təqdim olunur.

 

Ümumiyyətlə çay, qəhvə və kakao və kofein tərkibli maddələrin uşaqlara 3 yaşa qədər kalsiumun mübadiləsinə təsir etdiyi üçün verilməsi münasib deyil. Onsuzda uşaqlar faydalı yolla karbohidratı alır. Məsələn: alma, banan, digər meyvə və tərəvəzlərdən.

 

Yəni konkret surətdə uşağa su adi formada verilməlidir. Kompot kimi, meyvə üzərinə qaynar su töküb onu soyudaraq da verə bilərsiniz.

 

Çox xahiş edirəm bütün valideynlərimizdən şirin su, şirin çay, kəmşirin su və kəmşirin çayı uşaqlara verib sevdirməsinlər. Qidalanmanı, karbohidratları, şəkəri tamamən təbii, daha düzgün mənbədən uşaqlara təklif etsinlər.

 

pediatr Gülnar ABDULLAYEVA

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib