Həkim reportajı: Revmatik xəstəliklər və simptomları
19.08.2021 16:40
Revmatik xəstəliklər çox geniş bir qrupu əhatə edir. Bildiyimiz kimi, təkcə oynaq xəstəlikləri deyil. Çünki ilk planda ağrı sümüklərdə, oynaqlarda olduğu üçün dədə-babadan qalan bir fikir var ki, əgər sadəcə oynaq ağrısı varsa, bu, revmatik xəstəlik deməkdir. Heç də elə deyil.
 
Bir çox revmatik xəstəliklər var ki, onlarda oynaq problemi ilə yanaşı, qarın ağrısı – məsələn, FMF xəstəliyində, qızdırma, sidikdə, böyrəklərdə digər problemlər yaranır.
 
Bəzi xəstələrdə ağız yaraları özünü göstərə bilir, məsələn, Lupus xəstəliyində, Beçet xəstəliyində, hansı ki, bunlar revmatik xəstəliklərin növləridir.
 
Bəzilərində dəri əlamətləri özünü göstərə bilir. Bu xəstələrdə dəridə damarlar sanki üzdə imiş kimi görünür. Buna “Livedo reticularis görünümü” deyirlər. Venoz damarlar ətraflarda – əllərdə, ayaqlarda, budda, bazuda, sanki elə bil dərinin altından sezilir. Sanki damarların xəritəsi çəkilmiş kimi olur. Əslində bu bir simptomdur,bizi xəbərdar edən simptom. Bu revmatik xəstəliklərin bir göstəricisidir.
 
Yaxud bəzi xəstələrdə dırnaqlardakı quruluşlardan – məsələn, barmaqlarda, oynaqlardakı deformasiyadan bu nəticəyə gəlmək olar. Bəzən də üz mimikasına baxdıqda xəstələrin burunla ağız arası qisimdə qırışlar əmələ gəldiyini görürük. Bu qırışlar əslində qocalıq qırışları ilə eyni deyil, fərqlidir. Bunlar dəridə gedən kollagen toxumasının patoloji proseslərinə bağlı olaraq ortaya çıxır, məsələn, sklerodermiyada, sistemik sklerozda və s.
 
Belə xəstələr ağızlarını yaxşı aça bilmilər. Rahat gülə bilmirlər. Xəstə əziyyət çəkdiyini bildirir. Sanki maska-üz kimi bir quruluş əmələ gəlir bu xəstələrdə.
 
Və yaxud da udqunmada problem ola bilir. Bu, mədə-bağırsaq sistemi problemləri ilə səhv salınır. Biz ona “ezofaqus dismotiliti”si deyirik. Hansı ki, skledermiyada görülmüş şikayətlərdən biridir.
 
 
uzman-terapevt Çinarə SƏFƏROVA
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib