Baş stomatoloq həkim və pasiyentləri gigiyena qaydalarına ciddi əməl etməyə çağırdı
13.07.2020 23:23

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş stomatoloqu, Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının müdiri Nazim Pənahov stomatoloq və pasiyentləri gigiyena qaydalarına ciddi əməl etməyə səsləyib.

 

O, pasiyentlərin stomatoloq qəbulunda olduqları zaman hər iki tərəfin özlərini qoruması üsullarından danışıb. Bildirib ki, bu sahənin peşəkarları pandemiyadan öncə də müxtəlif xəstəliklərdən qorunmaq üçün zəruri qaydalara əməl edirdilər. Bura əlcək və  maska geyinilməsi, iş sahəsinin təmizlənməsi daxildir. Lakin həkimin vəzifəsi, ilk növbədə, özünü qorumaqdan ibarətdir.

 

Nazim Pənahov qeyd edib ki, pandemiya hər bir sahəyə təsir etdiyi kimi, stomatologiyaya da təsirsiz ötüşməyib və yeni tələblər ortaya çıxarıb. Həkimlərin riayət etməli olduqları bir sıra qaydalar mövcuddur.

 

Ölkənin baş stomatoloqu vətəndaşlara da tövsiyələrini verib. Onun sözlərinə görə, diş ağrısı yaranan zaman müalicə labüddürsə, həkim yanına getmək lazımdır. Əks halda, ağırlaşmalar ola bilər. Lakin diş həkiminə getmək məcburi deyilsə, bəzi prosedurları pandemiya bitdikdən sonraya saxlamaq olar.

 

N.Pənahov əlavə edib ki, vətəndaşlar xəstəxanaya gedərkən, mütləq şəkildə onların bədən hərarəti ölçülür: “Yalnız bundan sonra pasient ayağına baxil geyinərək içəri daxil ola bilər. Xəstə stomatoloq otağına yaxınlaşanadək maskada olmalı və qəbul bitdikdən sonra yenidən maska geyinərək xəstəxanadan çıxmalıdır”. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır