Həkim reportajı: Uşaqlarda əyripəncəliyin müalicəsi
17.08.2021 11:23
Anadangəlmə əzələ-sümük sistemi patologiyalarından biri olan əyripəncəlik xəstəliyinə təxminən 1000 doğumdan 1%-də rast gəlinir. Əsasən, oğlanlarda rast gəlinən əyripəncəlik bir və ya ikitərəfli olur. Daha çox ikitərəfli müşahidə edilir ki, ayaq pəncə içəri tərəfə doğru əyilmiş vəziyyətdə olur.
 
Bunun səbəbləri konkret bilinməsə də, ümumi fikirlər mövcuddur. Məsələn, bilinənlərdən biri odur ki, bu oğlan uşaqlarında daha çox rast gəlinir. Ana bətnində, yəni dölün yerləşməsindən asılı olaraq ayaqların əyri durması vəziyyətinə bağlı olaraq daha çox rast gəlinir. Ana çanağının ölçüsünün kiçik olması, dölün çəkisinin əksinə, çox olması kimi hallar bu tip, yəni əyripəncəliyin daha tez-tez rast gəlinməsinə səbəb olur. Bəzən əyripəncəlik digər anadangəlmə anomanialar ilə birlikdə də ola bilər. Buna ortopedik cəhətdən, məsələn, bud-çanaq çıxığı ilə, bud-çanaq oynağının anadan gəlmə displaziyası da deyilir. Yəni birlikdə rast gəlmə ehtimalı da mövcuddur. Ona görə əyripəncə diaqnozu qoyulan uşaqların bud-çanaq oynağının da yoxlanılması mütləq hesab edilir.
 
Əyripəncəlik diaqnozu qoyulan uşaqlar anadan olduqdan təxminən 1-2 həftə sonra artıq müalicəyə başlanılır. Müalicə nədən ibarətdir? Həftəlik aralıqlarla hər dəfə ayaq əyriliyini düzəltmək şərtilə qoyulan ponseti metodu ilə ip sarğılardan ibarətdir. Yəni yenidoğulmuşlarda – 2 həftəlik, 1 aylıq, 2 aylıq uşaqlar üçün müraciət edilən hallarda, tək gips mülicəsi ilə bu aradan qaldırılır, əyrilik düzəldilir.
 
Sonra xüsusi ortez – “Dennis Brown” dediyimiz ateldən istifadə edilir. Əməliyyatdan sonra, təxminən 3 ay, uşaq 24 saat gecə-gündüz ayağında “Dennis Brown” ateli saxlayır.
 
Valideynlərə xüsusən də, analara məsləhətimiz gün ərzində 4-5 dəfə o ayaqqabıları çıxarıb, gərmə idmanı deyilən hərəkət etdirməklə, uşağın dərisinə, ayağına diqqət və qulluq göstərməkdir. Sonra yenidən o ayaqqabıları geyindirilir. 3 aydan sonra isə “Denis Brown” atelləri yalnız gecələr istifadə edilir. Bu müalicə təxminən 3 yaşına qədər bu şəkildə davam edir. Təbii ki, uşağın ayaq ölçüsü böyüdükcə, o ayaqqabının ölçüsü də böyüyür və onu dəyişdirmək gərək olur.
 
Bunlar artıq 3 yaşdan sonra düzəldici əzələ və ya sümük əməliyyatları icra edilməklə tam aradan qaldırılır. Çox təəssüf ki, hazırda ölkəmizdə, xüsusən də, regionlardan çox gec halda, 8-10 yaşında həkimə müraciətlər olur. Ona görə mən valideynlərə və xüsusən, regionlarda çalışan həmkarlarıma bildirmək istəyirəm ki, bu xəstəliyin nə qədər erkən aşkarlanıb müalicəsinə başlanılarsa, həm həkimin, həm valideyinin işi asan olar.
  
 
ortoped-travmatoloq İlkin CƏLİLOV
 
Aztibb.az
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib