Həkim reportajı: Qulaq tıxanıqlığının yaranma səbəbləri
16.08.2021 20:34

Qulaq tıxanıqlığı tez-tez görülən şikayətdir. Soyuqdəymə səbəbiylə, qulağa su getmə, qulaq kirinin içəriyə tıxanması, bəzən sinusit, allergiya,orta qulaq iltihabı, miqren, qrip və ya bir təyyarə səyahəti zamanı təzyiq dəyişikliyi kimi bir çox səbəblər qulaq tutulmalarına gətirib çıxara bilər.

 

Qulaq tıxanıqlığı ciddi bir problemə səbəb olmaz. Qulaq damcısı və ya sadəcə gözləməklə həll edilə bilər. Ancaq 5 və ya 7 gündən çox davam edən qulaq tutulması zamanı həkimə müraciət etmək lazımdır. Bəzən də yaranan iltihabi proses təhlükəli olub, eşitmə pozğunluğuna gətirib çıxara bilir.

 

Xüsusilə soyuqdəymə səbəbiylə uşaqlar qulaq tutulması ilə daha çox qarşı-qarşıya qalırlar. Həmçinin sinusit, infeksiya qaynaqlı ola bilər. Əgər körpənin şikayəti bir həftədən çox davam edirsə, allergik mənşəli ola bilər. Körpələrin və kiçik uşaqların qulaqları tıxandığı zaman mütləq həkimə müraciət etmək lazımdır.

 

Qulaq tıxanıqlığının müalicəsi tıxanıqlığa səbəb olan faktora görə dəyişir. Bu səbəblə hər hansı bir müalicəyə başlamadan əvvəl qulaq tıxanıqlıqının səbəbini öyrənmək lazımdır. Qulaqlarda olan qulaq kiri yumuşaldıcı krem, zeytun yağı və s. ilə təmizlənə bilər. Bundan başqa, təyyarələrdə təzyiq fərqi səbəbi ilə qulaqda tıxanma yaranarsa, əsnəmək və ya saqqız çeynəmək, müxtəlif üz və ağız hərəkətləri etməklə qulaqların açılmasına nail olmaq olar. Qulaq tıxanıqlığının qarşısını almağın bir digər yolu da qulaqları davamlı olaraq təmizləməkdir. Həmçinin bir sıra xalq təbabəti üsulları da vardır ki, bunun qarşısını ala bilər.

 

Qulaq infeksiyası müalicəsi ancaq həkimin təklif etdiyi antibiotik və ağrı kəsicilər ilə həyata keçirilir.Qulaqda şiddətli ağrı, qusma, axıntı, istilik varsa, bu infeksiyaya işarədir. İnfeksiya qaynaqlı qulaq tıxanıqlığı zamanı dərhal həkimə gedilməlidir.

 

otorinolarinqoloq Yusif HACIYEV

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib