Həkim reportajı: Anadangəlmə və qazanılmış ürək xəstəliklərinin müayinə üsulları
15.08.2021 14:16

Yenidoğulmuşların anadangəlmə ürək qüsurlarının müayinəsində maqnit rezonans tomoqramma yeni bir üsuldur. Dünyada bununla məşğul olan xüsusi mütəxəssislər var. Həqiqətən bu çox gözəl müayinə növüdür. Belə ki, xəstə heç bir radiasiya şüası olmadan müayinə edilir. Lakin bu müayinələr çox vaxt tələb etməklə yanaşı, həm də böyük bir məsuliyyət daşıyır.

 

Digər tərəfdən əgər uşaq böyükdürsə əsasən kompüter tomoqramması müayinəsi aparılır ki, bu da cərrahların işini xeyli asanlaşdırır. Belə ki, müayinə nəticəsində ürəyin 3D formalı şəkili əldə olunur. MRT-nin üstün cəhətləri radiasiyanın olmamasıdır, yəni xəstə şüalanmır. Lakin kompüter tomoqramması zamanı xəstə istər-istəməz şüalanmaya məruz qalır. Bu səbəbdən Azərbaycanda MRT üzrə sırf pediatrik nöqteyi-nəzərdən ürək qüsurları ilə məşğul olan mütəxəssislərə çox böyük ehtiyac var.

 

Təəssüf ki, kardioloji problemləri olan xəstələrin əksəriyyəti qəfləti ölüm nəticəsində dünyalarını dəyişirlər. Bəzən heç bir şikayəti olmayan və ya şikayəti olub xəstəliyin tam ciddiliyini dərk etməyənlər qəfil ölüm nəticəsində həyatlarını itirirlər. İnsanlar bunun ciddiyyətini dərk etmirlər. Bunun əsas səbəbi həkimə müraciətlərin vaxtında olmamasıdır. Xüsusilə yaşı 35-40-dan çox olanların mütəmadi olaraq həkim-kardioloq müayinəsindən keçmələri mütləqdir. Kişilərin şikayətləri olmasa belə profilaktik tədbir olaraq bu müayinələrdən keçmələri çox vacibdir. Belə ki, ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin 60-65 faizini kişilər təşkil edir.

 

Nəsildə gənc yaşda, xüsusilə qəfildən ölmüş biri olduqda ilk növbədə genetik problemlərə nəzər yetirilir. Genetikadan əlavə gənc yaşda ürək-damar xəstəliklərinin yaranmasının səbəbləri stress, yüksək təzyiq, şəkərli diabet və siqaret çəkmək kimi zərərli vərdişdir. Bunlar ürək xəstələri üçün əsas risk faktorlarıdır.

 

həkim-kardioloq, tibb üzrə fəlsəfə doktoru Yasmin RÜSTƏMOVA

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib