Pandemiya dövründə pasiyentlər daha çox həyəcan, təşviş, yuxu və qida pozuntularından şikayətlənirlər – Psixiatrdan tövsiyə
13.07.2020 22:48

Məlumdur ki, COVID-19 pandemiyası, ilk növbədə, insanların psixikasına və psixoloji durumuna təsir göstərir. Psixiatrlara müraciət edən pasiyentlər daha çox əhval-ruhiyyənin aşağı olması, həyəcan, təşviş, yuxu və qida pozuntularından şikayətlənirlər.

 

Bunu Azərbaycan Tibb Universitetinin (ATU) Psixiatriya kafedrasının professoru Zəfər Əliyev bildirib. Professor vəziyyətin kifayət qədər gərgin olduğunu deyib: "Son aylar bütün dünyada olduğu kimi, ölkəmizdə də bəzi psixi pozuntuların sayı artmağa başlayıb. Belə ki, depressiya, təşviş və obsessiv-kompulsiv pozuntular daha çox nəzərə çarpır".

 

Son dövrlər psixiatrlara müraciət edənlərin sayının çoxaldığını söyləyən mütəxəssis karantin rejiminin sərtləşdirilməsi və yumşaldılmasının, insanların həftəsonu evə qapadılmasının mənfi təsirlərini aradan qaldırmaq üçün tövsiyələrini də bölüşüb: "Karantin rejiminin tətbiqi zamanı sərtləşdirmələr və həftəsonu qapadılmalar insanların daha çox gün işığına təlabatının olduğu indiki dövrdə onların sağlamlığına mənfi təsir göstərir. D vitamini immuniteti möhkəmləndirməklə yanaşı, bəzi psixi pozuntularda, xüsusilə depressiya zamanı əhəmiyyətlidir. Hazırda müraciət edən pasiyentlərin müayinəsi zamanı onlarda 80-90% halda D vitamini defisiti müşahidə olunur”.

 

“Payızda depressiyaların artması ehtimalı yüksək olduğundan yay aylarında günəş vannası qəbul etmək vacibdir”, – deyə Z.Əliyev vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır