ATU-da "Hərbi feldşer işi" ixtisası üzrə əlavə sənəd qəbulu elan edilir
13.08.2021 20:44

Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi Tibb fakültəsinə "Hərbi feldşer işi" ixtisası üzrə əlavə sənəd qəbulu elan edilir.

 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, namizədlər 14,16,17 və 18 avqust tarixlərində Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisində yerləşən Hərbi Tibb Fakültəsindəki komissiyaya müraciət edə bilərlər. Hazırkı sənəd qəbulunda cari ildə keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edib ən azı 120 bal toplayan, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

 

"Hərbi feldşer işi" ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 14,16,17 və 18 avqust 2021-ci il tarixlərində Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində yaradılmış komissiyaya müraciət etməlidirlər.

 

Ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi

 

Əlaqə nömrəsi: (+994 12) 431 39 73

 

Qeyd edək ki, "Hərbi feldşer işi" ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olan şəxslər təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 245 AZN məbləğində müavinət alırlar.

Tədris 2 il müddətində, Azərbaycan dilində və əyani formada həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır