Həkim reportajı: İntrastisial hamiləlik və səbəbləri
12.08.2021 14:01

Uşaqlıqdan kənar  hamiləliyin çox nadir rast gəlinən formalarından biri intrastisial boru hamiləliyidir. Bütün ektopik hamiləliklərinin 4-6 faizini təşkil edir.

 

İntrastisial boru hamiləliyində döl yumurtası uşaqlıq borusu və uşaqlıq boşluğu arasında yerləşir. Bu patologiyada döl yumurtası yatağı boru hamiləliyin digər formalarından fərqli olaraq uşaqlığın divarları ilə əhatə olunur ki, bu da onu daha çox möhkəmləndirir və qidalanmasını artırır.

 

Bu səbəbdən intrastisial hamiləliyin pozulması kəskin qan azlığı, posthemorragik və peritoneal şokla nəticələnə bilir. Bu patologiyanın əməliyyatdan öncə diaqnostikası çox vaxt mümkün olmur və bu boru hamiləliyi ektopik hamiləliyin digər formalarından daha təhlükəlidir.

 

Burada təcili cərrahi müdaxilə olunmalıdır. Əməliyyatın məqsədi uşaqlıq borusu ilə birlikdə döl yumurtasının yatağının pazvarı götürülməsi və uşaqlıq divarının ikiqat tikişlə bərpa olunmasıdır.

 

Problemin yaranma səbəblərinə gəldikdə isə bu hormonal, boru peritoneal, infeksiya, anatomik və digər bu kimi problemlərdən irəli gələ bilər. Ümumiyyətlə heç bir qadın uşaqlıqdankənar hamiləlikdən sığortalanmayıb.

 

həkim-ginekoloq Fərhad Sultanov

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib