Həkim reportajı: Təngnəfəslik ürəkdə ciddi xəstəliyin fəsadı ola bilər
11.08.2021 18:31

Hər yaşda müşahidə olunan təngnəfəslik ürəkdə dəlik, ürək çatışmazlığı, həm də aritmiyalarla əlaqədar ola bilir. Belə xəstələrə ilk olaraq EKQ və xolter müayinəsindən keçməlidir. 24 saatlıq xolter müayinəsində hər hansı bir ritm pozğunluğu müşahidə olunarsa, onda elektro fizioloji çalışma prosesinə bənzər metoddan istifadə məsləhətdir.

 

Bu zaman qasıqdan orqanizmə daxil olub müəyyən ocaqları aktivləşdirmək, müalicə etmək, yandırmaq və ya soyutmaq tətbiq olunur. Müasir tibbdə bu, ən öndəgedən metodlardan hesab olunur…

 

Ürək döyüntüsü çox olan xəstələr, psixoloqa müraciət edirlər, bir müddət psixoloji müalicələr alırlar. Lakin çox vaxt bunun təsiri olmur çünki araşdırdıqda həmin şəxslərdə ritm pozğunluğu müşahidə olunur. Qısa müddətli əməliyyatla ömürlük bu problemdən qurtulurlar. Qulaqcıq aritmiyası xəstələrdə, əksər hallarda ürək getmə halları nəticəsində aşkarlanır. Qulaqcıq aritmiyalarına əhali arasında daha çox rast gəlinir. Onun müalicəsi də effektivdir.

 

Mədəcik aritmiyaları zamanı mədəcikdə müəyyən ocaqlar aktivləşir. Bu ocaqlar normaldan fərqli atışlara səbəb olur. Belə ocaqların sayı çox olduqca ürəkdə bir neçə il sonra ürək çaışmazlığı yaranır. Onun qarşısını almaq vacibdir.

 

İnfarktla aritmiyanın əlaqəsinə gəlincə infarkt aritmiyaya səbəb olur. Infarkt sahəsində ölü toxumalar yaranır. Ölü toxumalarla normal toxumalar arsında potensiallar fərqi müxtəlif ciddi aritmiyalara gətirib çıxarır.

 

Yaxşı olar ki, xəstələr təngnəfəslik,ürəkdöyünmə,ürəkgetmə hallarında mütləq həkimə müraciət etsinlər. 

 

kardioloq, aritmoloq İsmayıl Göyüşöv

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib