BDU-da onlayn elmi seminar: COVID-19 üçün nanoterapevtik strategiyalar və perspektivlər
13.07.2020 21:10

İyulun 13-də Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün “COVID-19 üçün nanoterapevtik strategiyalar və perspektivlər” mövzusunda onlayn elmi seminar keçirilib.

 

BDU-dan Aztibb.az-a bildirilib ki, onlayn elmi seminarda İran İslam Respublikasının Marağa Universitetinin professoru Aziz Eftekharinin məruzəsi dinlənilib. İranlı professor COVID-19 infeksiyasının molekulyar diaqnostikası və müalicə üsulları, virusun quruluşu, mənşəyi, xəstəlik əlamətləri, koronavirusların replikasiyası və molekulyar divergensiyası, MERS və SARS növləri, eyni zamanda, peyvəndlərin hazırlanması, yeni epidemiya təhlükələrinin qarşısının alınmasında innovativ texnologiyaların tətbiqi, milli biotəhlükəsizlik çağırışları kimi məsələlərə aydınlıq gətirib.

 

Virtual seminara qoşulan BDU-nun rektoru Elçin Babayev belə maarifləndirici seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib. Qarşılıqlı əməkdaşlığın perspektivlərindən danışan rektor vurğulayıb ki, universitetdə multidissiplinar tədqiqatlara üstünlük vermək, onları daim diqqətdə saxlamaq lazımdır.

 

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır