Azərbaycan Tibb Universitetində yay semestri davam edir
09.08.2021 12:48

Bu il Azərbaycan Tibb Universitetinin (ATU) 4 fakültəsi üzrə yay semestri təşkil olunub. Mövcud qanunvericiliyə uyğun olaraq yay semestri 16 iyul tarixində başlayıb. 

 

Aztibb.az xəbər verir ki, semestr boyunca I-III kurslar üzrə fənlərin tədrisi onlayn (distant), IV-V kurslar üzrə isə ənənəvi formada təşkil olunub.

 

2020/2021-ci tədris ilinin yay semestri üzrə tədris prosesinə müxtəlif fakültələrin tələbələri cəlb olunublar. Məqsəd onlar arasında akademik borcu olanların bu fənləri yenidən mənimsəyərək akademik borclarını ləğv etmək, müvəffəq qiymət aldıqları fənlərdən qiymətlərini yüksəltməkdən ibarət olub.  Yay semestrində tədrisin təşkilində professor-müəllim heyəti könüllülük prinsipi əsasında iştirak edirlər.

 

Qeyd edək ki, yay semestrində tədrisin təşkilinə ATU-nun tədris hissəsi və fakültə nümayəndələri tərəfindən nəzarət olunur. Tədris müddəti gələn həftə də davam edəcək və avqustun 19-da başa çatacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır