Həkim reportajı: Geniş yayılan onurğa xəstəliyi – disk yırtığı
08.08.2021 14:39

Onurğa xəstəlikləri arasında ən çox yayılanlarından biri də disk yırtığıdır. “Qrıja” adı ilə bilinən bu xəstəlik boyun, döş, bel nahiyəsində rast gəlinir.

 

Təəssüf ki, insanların oturaq həyat şəraiti, düzgün qidalanmaması, əmək fəaliyyətinin düzgün təşkil olunmaması ilə əlaqədar olaraq, onurğanın ən çox təsadüf olunan xəstəliyi degenerativ xəstəliklərdir. Gün ərzində müraciət edən xəstələrin yarıdan çoxunda disk yırtıqları müşahidə olunur. Disk yırtıqları boyun, döş, bel nahiyəsində olur. Bizə müracət edən xəstələr arasında əsasən bel yırtıqlarına rast gəlinir. Disk yırtığı olduqda əksər halda cərrahi yol effekt verir. Təbii, bu zaman diaqnozun düzgün qoyulması, lazım olan anda əməliyyat aparılması önəmlidir.

 

Düzgün diaqnoz və düzgün cərrahi əməliyyatın 95-97% hallarda nəticəsi yaxşı olur. Əməliyyat nəticəsində xəstənin ağrıları azalır, tamam kəsilir, nevroloji narahatlıq aradan qalxır. Çox az - 3-5% hallarda əməliyyat öncəsi ağrılar əməliyyatdan sonra da davam edir. Bu, orqanizmin əməliyyat sonrası adaptasiyasından asılıdır.

 

Cüzi hallarda residiv yırtıqlara, yəni təkrar disk yırtıqlaırnın əmələ gəlməsinə təsadüf olunur. Amma Çox vaxt bu hal xəstə və həkim arasında narahatlığa səbəb olur. Lakin tək bizdə deyil, bütün dünyada bəzi xəstələrdə residiv yırtıqların yaranmasına rast gəlinir. Hətta nkişaf etmiş ölkələrdə belə əməliyyat olunmuş yerdə yenidən yırtığın əmələ gəlməsi halı baş verə bilər. Buda hal əməliyyatı icra edən həkimdən, cərrahdan asılı deyil. Bu, əməliyyatdan sonra da xəstənin eyni həyat tərzinə davam etməsi nəticəsində əmələ gəlir. Yəni,disk yırtığının residivi xəstəliyin ağırlaşması demək deyil, bu, rast gəlinə bilən haldır.

 

Çox təəssüf olsun ki, bəzən cərrahlar da səhvə yol verirlər, ehtiyac olmadığı halda xəstəyə əməliyyat tətbiq edilir.

neyrocərrah Cəmil İskəndərov

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib