Bir sual, bir cavab - Antibiotiklərin həkim nəzarəti olmadan qəbulu nəticəsində hansı fəsadlar yarana bilər?
05.08.2021 14:55

Uşaq orqanizmində antibiotiklərin həkim nəzarəti olmadan qəbulu nəticəsində hansı fəsadlar yarana bilər?

 

Viruslar vasitəsilə törədilən infeksiyalar zamanı uşaqlarda yüksək temperatur, boğaz ağrısı, öskürək, burun axıntısı müşahidə olunur. Simptomların bəzən ağır gedişi, qızdırmanın yüksək olması (39-40 dərəcə) və ikinci gündə davam etməsi valideynləri narahat edir. Nəticədə valideynlər bu zaman həkim məsləhəti olmadan antibiotiklərdən istifadə edirlər. Unutmamaq lazımdır ki, virusa bağlı şikayətlərdə simptomların davam etmə müddəti 5-7 gün bəzən isə 3 həftəyə qədər olur. Əlamətlərin şiddətli olması antibiotik istifadəsi üçün səbəb deyil.

 

Viral infeksiyalarda daha çox simptomatik müalicədən istifadə olunur. Yəni qızdırmasalıcı və ağrı kəsici dərmanlar, burun təmizləmə məhlulları, ağciyərlərin müayinəsində patoloji xırıtı yoxdursa öskürək əlehinə dərmanlar təyin olunur və bol mayedən istifadə tövsiyə edilir.

 

Lazımsız antibiotik istifadəsi uşaqlarda antibiotiklərə qarşı davamlılıq yaradır. Nəticədə ehtiyac olduğu təqdirdə həkim tərəfindən təyin olunan antibiotikə qarşı orqanizmdə davamlılıq yarandığı üçün müalicə prosesi gecikir. Bundan əlavə antibiotiklər qaraciyər və böyrəklər vasitəsilə orqanizmdən xaric olunduğu üçün uzun müddətli və lazımsız istifadə bu orqanların funksiyalarını pozaraq daha ağır hallara böyrək-qaraciyər çatışmazlığına səbəb olur. Həmçinin, orqanizmdə lazım olan faydalı bakteriyaların məhvinə gətirib çıxarır.

 

Bakterialar vasitəsilə törədilən infeksiyalar – pnevmoniya, allergik olmayan bronxiolit, otit, sidik yolu infeksiyaları və bəzi bakteriyaların səbəb olduğu bağırsaq yolu infeksiyaları baş verdiyi hallarda antibiotiklərdən istifadə olunması zəruridir. Bu zaman həkim tərəfindən təyin olunmuş dozalanmaya və müddətə mütləq valideynlər nəzarət etməlidirlər.

 

pediatr Nigar Mirzəyeva

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib