Həkim reportajı: Uşaqlarda adenoid və problemləri
05.08.2021 11:44

Adenoid immunitet sisteminin bir hissəsidir və lenfoid toxumalardan ibarətdir. Onun vəzifəsi burundan daxil olan mikrobları tutmaq və bədənə mikroblarla mübarizə aparmağa kömək edən antitellər istehsal etməkdir. Ümumən bədənin müqavimətində və immunologiyasında rol oynayırlar.

 

Burun əti isə burun bölgəsində, burun keçidinin arxasında yerləşir. Badamcıqlar kimi ağızdan baxaraq adenoidləri görmək mümkün deyil. Müxtəlif tibbi görüntüləmə və ya sadə endoskopik üsulla müayinə edilə bilər.

 

Adenoid anadangəlmə bir orqandır. Uşağın 6-7 yaşlarında ən böyük ölçüsünə çatır və bu yaşlardan başlayaraq getdikcə kiçilir. Yetkinlərdə adenoid yoxdur və ya çox kiçikdir.

 

Adenoid şikayətləri nələrdir?

 

Anadangəlmə bir orqan olduğu üçün demək olar ki, bütün azyaşlı uşaqlarda adenoid genişlənməsi olur. Böyümüş adenoidlər simptomlara səbəb olarsa, anormal sayılmalı və müalicə edilməlidir. Adenoid burun tənəffüsünün pozulmasına gətirib çıxarır, əsas şikayət bundan ibarət olur. Ümumi şikayətlər uzun müddətli burun tıxanıqlığı, burun axması, xorultu, yuxu zamanı tənəffüsün dayanması, iştahsızlıqdır.

 

Uşaqlarda adenoid səbəbiylə təkrarlanan sinüzit və orta qulaq infeksiyaları görülə bilər. Orta qulaqda maye yığılması da görülə bilər ki, bu da eşitmə zəifliyinə səbəb olur. Eşitmə zəifliyi uşaqların danışma inkişafında və sosial bacarıqlarında geriləmə ilə nəticələnir. Yuxulayan zaman tənəffüsün dayanması və xoruldama qarın içi təzyiqi artıra bilər ki, bu da daxili narahatlıqlara səbəb olur. Nəhayət, uzun müddətli ağız tənəffüsü üzdə və dişlərdə deformasiyaya gətirib çıxarır.

 

Dr.Cenk Evren

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib