Bir sual, bir cavab  – Hansı qida məhsulları allergiyanın inkişafına daha çox səbəb olur?
04.08.2021 20:22

Hansı qida məhsulları allergiyanın inkişafına daha çox səbəb olur?

 

Allergiya inək südü və ondan hazırlanan məhsullara qarşı daha çox yaranır. Bu, xüsusilə bir yaşınadək olan uşaqlarda özünü göstərir. Yeni doğulmuş körpənin immun sistemi yalnız ana südünü qəbul edir və inək südünə kəskin reaksiya göstərir. Adətən körpələrin 80 faizində inək südünə allergiya zaman keçdikcə itir. Körpələrdə allergiya yaradan qidalardan biri də toyuq yumurtasıdır. Yumurta kifayət qədər faydalı məhsuldur, yaxşı həzm olunur və uşağın inkişafı üçün son dərəcə vacibdir. Toyuq yumurtaları uşağın həyatının ilk ilindən qida rasionuna daxil edilir. Lakin bu qida allergenliyini göstərə bilər. Yumurta ağındakı zülal allergik reaksiyaya səbəb ola bilir.

 

Digər məhsullardan fıstıq ən təhlükəli allergenlərdən biridir. Əksər hallarda, fıstığa qarşı allergiya xəstəni həyatı boyu müşayiət edir. Fıstıq allergiyası olan uşaqların yanında kimsə bu məhsulu yediyi zaman belə onda reaksiya inkişaf edə bilər. Fıstığın mikro hissəcikləri havaya düşərək allergik reaksiya yaradır. Ona görə də, tərkibində hətta az miqdarda fıstıq olan məhsulların qablaşdırmasında müvafiq xatırlatma qeyd edilir.

 

Tərkibində buğda olan məhsullara qarşı allergiya da tez-tez rast gəlinənlərdəndir. Bu allergiya əsasən böyüklər üçün tipikdir, lakin son illərdə uşaqlar arasında da çox yayılıb. Uşaqlarda buğda allergiyası o qədər ciddi ola bilər ki, hətta bütün ailə tərkibi buğdalı məhsullardan imtina etməyə məcbur qalar. Uşaqlarda buğda allergiyası yaş keçdikcə azala bilər.

 

Qoz allergiyası uşaqlar arasında tez-tez rast gələn qida allergiyalarından biridir və bunlara fındıq, badam, keşyu və s. qarşı reaksiyalar da daxildir. Qoz allergiyası əksər hallarda genetik olaraq keçir.

 

Balıq da yüksək dərəcədə allergen bir məhsuldur. Uşağın hansısa balıq növünə allergiyası varsa, onda digər balıq növlərinə qarşı yüksək həssaslıq qeyd olunur. Balıq allergiyasının yaş artdıqca itməsi nadir hallarda rast gəlinir və əksinə, allergiya şiddətlənə bilər. Bəzi uşaqlarda, balıq qızardılarkən onun qoxusuna güclü bir reaksiya inkişaf edə bilər.

 

Ümumiyyətlə, 70-dən çox məhsul növü qida allergiyasına səbəb olur. Bu qidalara bal, sitrus meyvələri, çiyələk, kivi, pomidor, kakao və s. daxildir.

 

Professor Hüseyn Qabulov

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib