Bir sual, bir cavab - Botoksdan müalicə üçün hansı hallarda istifadə edilir?
03.08.2021 17:42

Bir sual, bir cavab - Botoksdan müalicə üçün hansı hallarda istifadə edilir?

 

Botoks tibbə ilk dəfə çəpgözlüyün müalicəsi üçün istifadə olunub. Göz əzələlərinə botoks  inyeksiya olunur və o  əzələnin biri boşaldılaraq çəpgözlük düzəlir. Biz plastik cərrahiyyədə botoksdan  ən çox iki məqsəd üçün istifadə edirik. Birincisi tərləmənin müalicəsidir. Bu, botoksun unikal xüsusiyyətidir. Bəzi insanlarda qoltuq altlarında, əlin və ayağın altında ciddi tərləmələr olur və davamlı əllərini, qoltuq altlarını silirlər. Aprel-may ayında botoks proseduru etdirdikdə, insanlar payıza qədər bu problemdən xilas ola bilər.

 

Bundan başqa, botoksdan əzələlərin müəyyən nahiyələrdəki spazmını ortadan qaldırmaq üçün də istifadə olunur. Nevroloji praktikada ayağında, əlində iflic olan əzələ kontrakturaları olan xəstələr var. Müəyyən qrup əzələləri sərtlik səbəbi ilə aça bilmirlər. Bu əzələlərin hərəkətini botoks inyeksiyaları asanlaşdırır. Nadir hallarda rast gəlinən “Biospazm” xəstəliyi var ki, onda da müalicə üsulu kimi botoksdan istifadə olunur. Göz ətrafı əzələlərin istəmədən sıxılması halları baş verir. Bu səbəbdən insanlar göz qapaqlarını tam şəkildə açıb ətrafa aydın baxa bilmirlər. Belə hallarda əzələlərə botoks vurulur və xəstə görməyə başlayır.

 

Botoksdan miqrendə də istifadə edirlər.  Miqrenli nahiyələrdə botoks proseduru həyata keçirilir və insanlar 6 ay 1 il müddətinə tam olaraq baş ağrılarından xilas olurlar. Nevropatoloqlar bilirlər ki, miqren ağrılarını heç bir preparatla aradan qaldırmaq mümkün deyil. Bu zaman xəstələrin həyatı zəhərə çevrilir və onlar uzun müddətli ağrılara məruz qalırlar. Botoksla xəstələr bu problemlərdən azad ola bilərlər.

 

Botoks universal maddədir. Preparatın əsas tərkibi botulinum toksinidir. Botulinum toksini estetik cərrahiyyədə üzün mimik əzələlərini qismən iflic etməklə, qırışıqları ortadan qaldırmaq üçün istifadə edilir. Ən  çox göz ətrafı nahiyədə “qaz ayaqları”, qaşların arasında olan qırışlar, paralel alın cizgilərində və s. hallarda botoksdan istifadə olunur.

 

Uzman həkim Araz Salmanov

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib