Bir sual, bir cavab - Mədə-bağırsaq xəstəliklərinin əsas əlamətləri hansılardır?
02.08.2021 17:59

Bu gün geniş yayılan mədə-bağırsaq xəstəliklərinin əsas əlamətləri hansılardır?

 

Bəzən xəstələr müəyyən xəstəliklər ucbatından öd kisəsindən, mədəsindən əmliyyat keçirsə də, əsas patologiya qalır. Ona görə də xəstələrin əksəriyyəti tam sağalmır. Qəbzlik yaranır, həftədə bir dəfə defekasiya olanda isə orqanizmdə yığılıb qalan toksinlər intoksikasiyaya səbəb olur.

 

Bu zaman ürəkbulanma, zəiflik, qusma, halsızlıq müşahidə olunur. İntoksikasiya həm də bədəndə səpkilər yaradır. Bu zaman xəstələr dəri-zöhrəvi həkiminə, allerqoloqa gedirlər, amma müaicənin effekti olmur. Sonradan əsl səbəbin mədə-bağırsaq fonundakı pozulmalarla əlaqəli olduğu bəlli olur.

 

Bağırsağın uzanması, və ya bağırsaqda kron xəstəliyi, yoğun bağırsaqdakı kolitlər və s. defekasiyanın normal gedişini əngəlləyir. İkinci səbəb insanın psixi-emosional durumu ilə bağlıdır. Bu hala xüsusilə gənclər arasında rast gəlinir. Məsələn, qəbul imtahanlarına hazırlaşan gənclər gərgin olur, kurslara, repetitor yanına gedir və normal qidalanması pozulur. Bu da qəbzlik yaradır.

 

Yeniyetmə və gənclərin qəbzliyi ilə bağlı daha çox  müaraciət olunur. Elə uşaqlar var ki, 5-6 ildir bu rejimlə yaşayır. Deyir ki, dərsdən çıxıb dönə yeyirəm, üstündən də hazır şirələrdən içir və axşama qədər başqa heç nə qəbul etmir. Siz təsəvvür edin, evdə təmiz meyvələrdən çəkdiyimiz şirə bir neçə saat ərzində xarab olur. Mağazalardakı şirələr isə aylarla qalır. Bu şirələrin çox qalması üçün istifadə olunan maddələr orqanizm tərəfindən sovrulmur və birbaşa yoğun bağırsağa gəlib çatır. Hər bir orqanizmdə ümumi ansambla tabe olmayan 10-15 faiz atipik hüceyrələr olur. Məhz bu hüceyrələr orqanizmə düşən belə zərərli maddələrlə “dostlaşır” və inkişaf etməyə başlayır. Sanki orqanizmin içində avtonomiya yaranır.

 

Təəssüf ki, bunlar da inkişaf etdikcə, xərçəng hüceyrələri yaradırlar. Bu da son nəticədə orqanizmin bu və ya digər hissəsində xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır. Ona görə də xərçəng xəstəliyi daha çox cavanlaşır. Bizə müraciət edənlərin az qala üçündən biri gənc nəslin nümayəndəsidir.

 

professor Xaləddin Musayev

Aztibb.az

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib