Bir sual, bir cavab - Parazitar xəstəliklərin yayılmasına səbəb olan amillər hansılardır?
01.08.2021 17:06

- Parazitar xəstəliklərin geniş yayılmasına səbəb olan əsas amillər və ortaya çıxan problemlər hansılardır?

 

- Qeyd edim ki, kütləvi işlədilən antiparazitar preparatlara qarşı törədicilərin rezistentliyinin proqressiv surətdə artması bu xəstəliklərlə bağlı vəziyyəti mürəkkəbləşdirir. Miqrasiya proseslərinin intensivləşməsi, beynəlxalq ticarətin və turizmin inkişafı, hiperurbanizasiya, xalqlararası müharibələr və s. qlobal problemlər protozoozların arealının genişlənməsinə, onların bir regiondan digərinə daşınmasına səbəb olur. Bu, xeyli dərəcədə diaqnostik və terapevtik çətinliklər yaradır, həmçinin bir sıra protozoozların, məsələn, malyariyanın əvvəllər ləğv edildiyi yerlərdə baş qaldırmasına gətirib çıxarır.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, parazitar xəstəliklərin artmasının əsas səbəblərindən biri də əhalinin kasıb təbəqəsinin çoxalmasıdır. Çünki kasıb əhalinin immunoloji statusu da zəifləyir. Azərbaycanda 90-cı illərin əvvəlində bu cür vəziyyət yaranmışdı. Hazırda isə bir çox ölkələri, xüsusən də Afrika ölkələrini inkişafdan saxlayan məhz protozooz xəstəliklərdir.

 

Bakterial, rikketsioz və virus infeksiyaları ilə mübarizədə müasir təbabətdə böyük uğur qazanılmasına baxmayaraq, tibbi protozoologiya sahəsində bir çox problemlər hələ də həll edilməyib. Məsələn, protozoozların profilaktikası üçün səmərəli vaksinlərin hazırlanması, ibtidailərin mürəkkəb ekologiyası və yayılma xüsusiyyətlərinin tədqiqi, diaqnostika və müalicə vasitələrinin kifayət qədər olmaması həllini gözləyən çox vacib məsələlərdir.

 

professor Rafiq Çobanov

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib