Bir sual, bir cavab - Hepatit orqanizmdə hansı fəsadları törədir?
28.07.2021 15:24

Hepatitin ilk mərhələsi kəskin mərhələdir. Əgər bu mərhələdə səbəb aradan qaldırılarsa, kəskin hepatit iz qoymadan sağalır. Əgər bu mərhələdə səbəb aradan qaldırılmazsa, xəstəlik davam edir və xroniki mərhələ baş verir. Xroniki mərhələnin özəlliyi ondan ibarətdir ki, həm səbəb davam edir, həm zədələnmə baş verir, həm də fibriotik (sərt) toxuma əmələ gəlir. Bu mərhələdə səbəb aradan qalxarsa, vəziyyət stabil qalır və ya qaraciyər düzələ bilir, əks halda xroniki xəstəlik davam edir, proqressivləşir və sirroz adlanan mərhələ baş verir. Sirrozda həm zədələnmə, həm fibroz, həm də düyünləşmə var. Sirroz mərhələsində də səbəb aradan qaldırılarsa, proses stabilləşir, hətta yaxşılaşma baş verir. Lakin səbəb aradan qaldırılmazsa, proqressivləşmə davam edir, varikoz, qanaxma, assit, qaraciyər yetməzliyi kimi ağırlaşmalar və qaraciyər xərçəngi meydana çıxa bilir.

 

Həkim hepatitin diaqnostikasında adətən üç suala cavab axtarır. Hepatit varmı, səbəbi nədir və ağırlıq dərəcəsi hansıdır?

 

Hepatitin olub-olmadığı qan analizi ilə müəyyən edilir. Qaraciyərin funksional testləri adlanan göstəricilərdə dəyişikliklər varsa (ALT, AST, bilirubin, QF, QQT) hepatiti göstərir. Səbəbi müəyyənləşdirmək üçün anmnez, virus testləri, metabolik, autoimmun testlər və görüntüləmə müayinələri aparılır. Ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün isə klinik əlamətlər və spesifik qan testləri nəzərə alınır.

 

Hepatitin müalicəsində əsas yeri iki qrup tədbir tutur. Birinci qrupa səbəbin aradan qaldırılmasına yönəlmiş tədbirlər aiddir. İkinci qrup tədbirlərə isə orqanizmdə baş verən dəyişikliklərin aradan qaldırmasına yönələn dəstək tədbirlər aid edilir. Hepatitin ağırlıq dərəcəsinə uyğun olaraq bu tədbirlərin biri və ya hər ikisi seçilə bilər.

 

AMEA-nın müxbir üzvü Nuru Bayramov

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib