Bir sual, bir cavab - Elektron Səhiyyə nədir?
27.07.2021 09:16

Elektron Səhiyyə (ES) nədir və hansı sahələri əhatə edir?

 

Elektron Səhiyyənin Səhiyyə İdarəetməsində çox böyük əhəmiyyəti və faydaları vardır. ES dedikdə, biz iki istiqamətli səhiyyə idarəetməsini nəzərdə tuta bilərik. Onlardan biri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində həyata keçirdiyi və 2014-cü il tarixində açılışı olan ən müasir standartlara cavab verən Elektron Səhiyyə (ES) xidmətidir. Ümumilikdə nazirlikdə “Elektron Səhiyyə” Portalı vasitəsilə elektron xidmətlər vətəndaşların istifadəsinə verilib. Lakin Səhiyyə Nazirliyi qarşısına qoyduğu məqsəd, qısa zamanda səhiyyə sektoruna daxil olan bütün məsələlərin ES sistemində birləşdirməkdir. Hazırda bu istiqamətdə kompleks tədbirlər həyata keçirilməkdədir.

 

ES bir növ Azərbaycan modeli olan “Asan Xidmət” funksiyasının Səhiyyə İdarəetməsində davamını yerinə yetirir. ES-nın yaradılmasında məqsəd həm səhiyyə işçilərinə, həm də vətəndaşlara göstərilən xidmətin vаhid formada, çevik və şəfaf həyata keçirilməsini təmin etmək, səhiyyə idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsidir.

 

ES-nin İkinci istiqamət kimi mən Elektron Xəstəxana İdarəetmə proqramlarını  nümunə gətirə bilərəm ki, başqa sözlə desək  bunu "Kağızsız Xəstəxanalar" proqramı da adlandırmaq olar. Bu proqramların tətbiqi kağızlara sərf edilən vaxt itkisini önləyərək,  həm həkimin, həm pasiyentin, həm rəhbər, həm idarə heyətinin və s. vaxtına qənaət etməkdən, keyfiyyətli iş və xidmət göstərməkdən ibarətdir. Bu proqramların hesabına xəstəxananın bütün resurslarından (zaman , insan gücü , tibbi xidmət, finans resursları və s.) daha effektiv formada səmərələnmək mümkündür. Əvvəllər əl ilə təqib olunan sənəd və icra olunan işlər bu proqram sayəsində kompyuter tərəfindən izlənilir və idarə olunur. İdari və tibbi bölümlər arasında həm lokal , həm də global integrasiya edilərək, vaxt itkisini minimuma endirir. Bütün bu işləmlər də xəstə həkim, işçi güvənliliyinin yüksəlməsinə səbəb olur. Xəstə haqqında bütün diaqnostik və müalicə informasiyalarının vahid bazada toplanmasını və saxlanmasını təmin edir.

 

Dr. Asiman Həsənov

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib