“Əkinçi”də tibb mövzusu
22.07.2021 15:49

146 il öncə  "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qouldu.

 

Marifləndirici bir qəzet olması səbəbi ilə “Əkinçi” qəzetində tibbə dair də məlumatlar yer alırdı. Odur ki, "Əkinçi" təbiət elmlərinin tarixini öyrənmək üçün də çox böyük və mühüm bir mənbə hesab olunur.

 

Aztibb.az xəbər verir ki, qəzetin demək olar ki, bir çox sayında tibbi maarifləndirmə haqqında mütəmadi xəbərlər dərc edilirdi.

 

Qəzetin 5 avqust 1875-ci il 2-ci nömrəsində vəba xəstəliyi haqqında məlumat verilir. Bildirilir ki, vəbanın yaranması və yayılması havanın təmiz olmaması ilə əlaqədardır. Havası təmiz olmayan yerdə quşlar da qalmaz uçub gedərlər. Peterburqda və digər yerlərdə müşahidə olunub ki, havası təmiz olmayan şəhərdə quş uzunmüddətli qalmaz və uçub gedər, çünki, onların bədəni zəif və həssasdır.

 

Qəzetin 10 sentyabr 1875-ci il, 5-ci nömrəsində ölmüş heyvanın qanının zəhərli olması haqqında məlumat verilir. Hətta ölmüş heyvanın qanı o qədər zəhərlidir ki, əldə yara olan şəxs gərək ona toxunmasın. Yoxsa zəhər qana keçər və insanın ölümünə səbəb olar.

 

“Əkinçi”nin 30 yanvar 1876-ci il 2-ci nömrəsində bir yerdə davamlı suyun qalmasının onun içərisində kiçik orqanizmlərin yaranmasına səbəb olması haqqında məlumat verilir. Həmin suyu böyüdücü altında təhlil edəndə onun içərisində bir neçə min növ heyvanın olduğunu görmək olar. Heyvanların rəngi qırmızıdır və burada kiçik bitkilər (bakteriyaları nəzərdə tutur – R.) də vardır. Bu bitkilər insan vücuduna girincə qızdırma, titrətmə, vəba, yatalaq və çiçək xəstəlikləri əmələ gətirir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev