Şəhid və qazi övladlarının Qurban bayramı münasibətilə sünnət mərasimi keçirilib 
18.07.2021 11:03

İyulun 17-də Qurban bayramı münasibətilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə bir qrup Vətən müharibəsi şəhidinin və qazisinin oğlan övladlarının sünnət olunması üzrə xeyriyyə aksiyası keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə iştirak edənlər şəhid və qazi övladlarına dövlətimizin rəhbərliyi, Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərildiyini qeyd ediblər. Bildirilib ki, şəhidlərimizin xatirəsini yad etmək hər birimizin ən müqəddəs borcudur.

 

Sünnət olunan uşaqların kirvəsi Xalq artisti Alim Qasımov olub.

 

Xeyriyyə aksiyasının bundan sonra ayda bir dəfə şənbə günləri həyata keçiriləcəyi planlaşdırılır.

 

Xeyirxah aksiyada iştirak edən şəhid və qazi ailələri dövlətimizin onlara olan xüsusi diqqət və qayğısından razılıq edib, bu aksiyanın təşkilatçılarına təşəkkürlərini bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər   
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib