Yayda qida zəhərlənmələri – DİQQƏT!
04.07.2021 10:41

Yayda qida əsaslı zəhərlənmə riski iki səbəbə görə artır. Əvvəla, hava yayda isti və rütubətli olduğundan bir sıra xəstəliklərə səbəb olan bakteriya növləri isti və nəmli mühitlərdə sürətlə çoxalır. İkincisi, yay aylarında açıq havada fəaliyyət daha çox olur.

 

Aztibb.az xəbər verir ki, yaşlılar, immuniteti zəif olanlar və hamilə qadınlar qida zəhərlənmələrinə qarşı xüsusilə diqqətli olmalıdırlar. Qida əsaslı zəhərlənmənin ən çox görülən əlamətləri mədə qıcqırması, ürək bulanması, qusma, ishal, qızdırma, baş ağrısı və digər hallardır.

 

Mütəxəssislər bildiri ki, çirklənmiş qidanı yedikdən sonra növünə görə virus və ya parazit bəzən bir neçə saat, bir neçə gün və ya bir neçə həftə sonra meydana gələ bilər. Vaxtında müdaxilə edildikdə sağalma tez olur. Nadir hallarda beyin infeksiyaları və qan zəhərlənməsi görülür ki, bu da ölümlə nəticələnə bilər.

 

Adətən piknik və düşərgə gəzintilərində bişmiş yeməklərin saxlanması üçün etibarlı soyutma vasitələri tapmaq çətindir.

 

Bəzi sadə qaydalara riayət etməklə qida zəhərlənməsinin qarşısını almaq mümkündür. Ət, balıq, toyuq, yumurta kimi çiy qidalar həmişə bişmiş qidalardan, meyvə və tərəvəzlərdən ayrı saxlanılmalıdır. Çiy qidalar üçün istifadə edilən bıçaq, lövhə kimi alətlər digər qidalar üçün istifadə edilməməlidir. Əllər, mətbəx əşyaları, qab-qacaq tez-tez isti, sabunlu su ilə yuyulmalıdır.

 

Evdə mətbəx və yeməyinizi zərərli böcəklərdən, zərərvericilərdən və heyvanlardan qoruyun. Köhnə yemək yeməyin. Yeməkləri tamamilə bişdiyinə əmin olana qədər bişirin. Bütün bişmiş və tez xarab olan qidaları dərhal soyuducuya qoyun. Soyuducudan kənardadırsa, bişmiş yeməyi uyğun temperaturda saxlayın. Bişmiş yemək otaq temperaturunda 2 saatdan çox qalmamlıdır. 

 

Təmiz sudan istifadə edin. Əzik və çürük olmayan təzə meyvə-tərəvəz seçin və yaxşıca yuyun. Pasterizə edilmiş, mikrob təmizlənməsindən keçmiş qidalara üstünlük verin.

 

Dondurulmuş qidaları otaq temperaturunda saxlayaraq əritməyin. Bişmiş yemək boşqaba qoyulana qədər isti tutulmalıdır. (60'C-dən yuxarı). Bişmiş yeməyi yenidən qızdırarkən tam qızdığından əmin olun.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib